Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rektor təyin olundu – YENİLƏNİB

Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rektor təyin olundu – YENİLƏNİB
14 Dek 2015 00:00

Əziz Cəmil oğlu Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 

Əziz Cəmil oğlu Əliyev Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsində işləyib. 2013-cü ildən Tibb Universitetində prorektor olan Ə.Əliyev tibb elmləri doktoru, professordur. O, Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevin oğlu, Əziz Əliyevin isə nəvəsidir.

Əliyev Əziz Cəmil oğlu 16 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirib. 1992-ci ildə Nyu-York Universitetində ali təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib. 1999-cu ilin iyul ayından 2002-ci ilin iyul ayınadək Pittsburg Tibb Universitetində (ABŞ) rezidentura təhsili alıb. Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.

Əziz Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib. 2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışıb. 2008-ci ilin martında “Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər” mövzusunda tibb elmləri doktoru dissertasiyasını müdafiə edib.



12 İyul 2019
Səhiyyə - Sağlamlıq

Az su içmək ziyanldır, çox su içmək ölümcüldür

Kifayət miqdarda su içmək insan sağlamlığının əsas şərtlərindən biridir.

11 İyul 2019
Səhiyyə - Sağlamlıq

Böyrək daşlarını tökən 3 TƏBİİ RESEPT

Boyrək daşı xəstəliyi ən yayılmış böyrək xəstəliklərindən biridir.

10 İyul 2019
Səhiyyə - Sağlamlıq

Süd vəzi xərçəngi. Risk faktorları, diaqnostika, müalicə

Süd vəzi xərçəngi qadınlar arasında rast gəlinən bədxassəli şişlər arasında birinci yeri tutur. ÜST  statistikasına görə, hər il dünyada 1 milyondan cox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi  qeydə alınır.

9 İyul 2019
Səhiyyə - Sağlamlıq

Orqanizmi hüceyrə səviyyəsində dağıdan TRANS-YAĞLAR. Uzaq durun!

Təbii kərə yağı insan sağlamlığı üçün ən faydalı məhsullardan biridir. Təəssüf ki, son vaxtlar kərə yağının adı altında bizə daha çox marqarin, spred və s. bu kimi saxta ziyanlı yağlar təklif olunur.