Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını davam etdirəcək

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını davam etdirəcək
25 Noy 2016 15:38

Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Moskvada keçirilən təntənəli mərasim çərçivəsində patriarx Kirill həm Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə geniş tərkibdə, həm də Şeyxülislamla təkbətək görüşü keçirilib.

Bu barədə REALPRESS-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Məlumata görə, patriarx Kirill ad günü ilə bağlı qrafikinin gərgin olmasına baxmayaraq, A.Paşazadə ilə ayrıca görüşə vaxt ayırıb və xüsusi ehtiram göstərib. A.Paşazadə bu özəl münasibətə görə patriarx Kirillə təşəkkürünü bildirib.

Patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli məsələsinə də xüsusi diqqət ayırıb. O, münaqişənin sülh yolu ilə ədalətli həllinin vacibliyini bildirib və bu yolda vasitəçilik missiyasını bundan sonra da davam etdirəcəyini qeyd edib.

R.Dadaşova yubiley tədbirləri çərçivəsində baş tutun görüş və danışıqları dinlərarası dialoqun yüksək nümunəsi və Azərbaycanın, Qafqazın dini liderinə verilən böyük dəyər kimi səciyyələndirib.

R.Dadaşova bildirib ki, yubiley tədbirlərinin Rusiyanın Baş naziri Dmitri Medvedevin iştirakı ilə keçən hissəsində təbrik çıxışları edən Şeyxülislam A.Paşazadə və erməni katalikosu II Qaregin arasında xoşməramlı görüş də baş tutub.

O əlavə edib ki, yubiley tədbirləri çərçivəsində A.Paşazadənin bütün Gürcüstanın patriarx-katolikosu II İlya ilə də səmimi görüşü olub. Görüşdə Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.