Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkiyə Braziliyanı tərk etməyə icazə verib.
Realpress.Az “France-Press” agentliyinə istinadən xəbər verir ki, o, zaminə çıxmaq üçün 435 min avro ödəməlidir.
71 yaşlı Hikki “Rio-2016” Yay Olimpiya Oyunları zamanı həbs edilmişdi. Ona qarşı olimpiada biletlərinin qanunsuz satışına dair ittiham irəli sürülmüşdü. Keçən ay P.Hikkinin ürəyinin əməliyyat edilməsinin lazım olduğu məlum olub. Bu səbəbdən məhkəmə ona ölkəni tərk etmək icazəsi verib.
"Qarabağ"ın U-19 komandasının 2016/17 mövsümünü qızıl medallarla başa vurmasına, ardınca əsas komandanın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ən çox sevinən Rəşad Sadıqov və yetirmələri idi. Komandanın o vaxtkı baş məşqçisi olan "Qarabağ"ın hazırkı kapitanının rəhbərlik etdiyi kollektiv seçmə mərhələ oyunları oynamadan birbaşa qrupda iştirak etmək şansı qazanmışdı.
Arvadını döyən idmançının dostu: Anar fağırdır, sülh adamıdır