Paytaxtda keçmiş məhkum qətlə yetirilib

Paytaxtda keçmiş məhkum qətlə yetirilib
26 Noy 2016 13:36

Paytaxtda keçmiş məhkum qətlə yetirilib. REALPRESS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun üzərində zorakılıq əlamətləri (baş nahiyəsində döyülməyə xarakterik) olan meyiti tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.


20 Apr 2018
Kriminal

"Lotu Quli"nin ən son VİDEOSU

Azadlığa çıxdıqdan sonra Türkiyəni özünə məskən seçən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov İstanbuldakı iqamətgahında istirahət edir.

19 Apr 2018
Kriminal

Rayon sakininin qulağı kəsildi - SƏBƏB-VİDEO

Kütləvi dava zamanı Lənkəranda vətəndaşın qulağı kəsilib.