Poçt şöbələrində bütün IT-xidmətlərdən istifadə mümkün olacaq

Poçt şöbələrində bütün IT-xidmətlərdən istifadə mümkün olacaq
28 Noy 2016 16:07

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin bütün xidmətləri Azərpoçtun şöbə və filiallarında toplanacaq.

REALPRESS-in məlumatına görə, bunu "Bakutel 2016" sərgisinin açılışına həsr olunmuş konfrans zamanı Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, pilot layihə artıq Azərpoçtun mərkəzi şöbəsində işə salınıb, yaxın zamanlarda Bakıda və Azərbaycanın digər rayonlarındakı filialları əhatə edəcək.

E.Vəlizadə deyib: “Bu prinsip üzrə xidmətlərin mərkəzləşdirilməsi vətəndaşları maraqlandıran məsələlər, internet, telefoniya kimi mövzularla bağlı poçt şöbələrinə müraciət etməsinə imkan verəcək”.

Nazir müavini onu da qeyd edib ki, yaxın zamanlarda ölkədə iri DATA-mərkəzi işə salınacaq. Bu məlumat mərkəzinin resursları həm dövlət strukturları, həm də özəl şirkətlər tərəfindən istifadə oluna biləcək.


23 Okt 2018
İqtisadiyyat

Dolların bu günə olan məzənnəsi

Oktyabrın 23-ə manatın məzənnəsi açıqlanıb.

22 Okt 2018
İqtisadiyyat

Rüsumlardan azad edilən Aİ 92 markalı benzin ucuzlaşacaq?

"Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi bu növ benzinin qiymətinin aşağı düşməsinə səbəb olacağı gözlənilmir. Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur".

22 Okt 2018
İqtisadiyyat

Bu günə olan xarici valyuta MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 22 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

20 Okt 2018
İqtisadiyyat

Star zavodunun ərazisi Xüsusi Sənaye Zonası elan edildi

Dünən Türkiyənin İzmir şəhərində SOCAR-ın inşa etdiyi “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.