Qış mövsümündə Qubanı seçən turistlərə yeni marşrut üzrə səyahət təklif olunacaq

Qış mövsümündə Qubanı seçən turistlərə yeni marşrut üzrə səyahət təklif olunacaq
04 Noy 2016 17:24

Bu il qış mövsümündə Qubaya dincəlməyə gələn turistləri bir sıra yeniliklər gözləyir.

Realpress.az  xəbər verir ki, Quba Turizm İnformasiya Mərkəzi rayonda bu vaxta kimi mövcud olan dörd turizm marşrutunun sırasına daha birini də əlavə edib. Bu, əsrarəngiz təbiət mənzərələrini və tarixi məkanları özündə birləşdirən Quba-Alıc turizm marşrutudur.

İndiyədək Qubaya gələn turistlərə dörd istiqamətdə - Quba-Xınalıq, Quba-Xanagah, Quba-Laza, Quba-Afurca marşrutu üzrə səyahət təklif olunurdu.

Rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində qış turizm mövsümünə hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Ötən ilə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı artırılıb.

Quba rayonunda yerləşən hotellərdə iki nəfərlik otağın bir günlük qiyməti səhər yeməyi daxil olmaqla, turist üçün minimum 30, maksimim 200 manat təşkil edir. Kənd evlərini seçənlər üçün qiymət 10 manatdan başlayır.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.