Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı: Əcəb edib, gedib

Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı: Əcəb edib, gedib
29 Okt 2016 16:33

“Fuad Poladov düz addım atıb”. 

Realpress.Az xəbər verir ki, bu sözləri AzNews.az-a Xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik Milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib.

O, hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik teatr üçün xoş hadisə deyil: 

“Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib, gedib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq”. 

R.Balayevin sözlərinə görə, Fuad Poladovun tamaşaçıları onu Rus Dram Teatrında izləyə bilər. 

Xatırladaq ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb. O, aktyor Hikmət Rəhimovun işdən qovulmasına etiraz əlaməti olaraq belə bir addım atdığını deyib. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.