Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq

Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
30 Noy 2016 10:57

REALPRESS.AZ BANKER.AZ -a istinadən xəbər verir ki,

Sabahdan, dekabrın 1-dən etibarən 8 rayonda – Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında analoq televiziya yayımı dayandırılacaq.

Banker.az xəbər verir ki, bu barədə  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov bildirib.

O deyib ki, MTRŞ-nin noyabrın 18-də bununla bağlı qəbul etdiyi qərarda dəyişiklik yoxdur:

“Dekabrın 1-dən 8 rayonda analoq televiziya yayımı dayandırılacaq. Həmin gün ümumi rayonlar üzrə quraşdırılmış təxminən 330 analoq televiziya stansiyasından 77-si söndürüləcək. 330 analoq televiziya stansiyasını hələlik 145 rəqəmli televiziya stansiyası əvəz edəcək. Amma gələcək günlərdə rəqəmli TV stansiyalarının sayı 190-na qədər çatdırılacaq”.

İ.Məmmədov bildirib ki, sonrakı mərhələdə 32, daha sonra 14 rayonda analoq yayım dayandırılacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin (“Set-Top-Box”ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılmasını məqsədəmüvafiq hesab edib və Şuranın 10 saylı qərarında dəyişiklik olunub. Edilən dəyişikliyə əsasən, regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul edilib.

II mərhələdə analoq yayımın (dekabrın 10-dan) Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə (dekabrın 20-dən) Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.