Samir Abasov: Neftçiyə mümkün məğlubiyyəti faciəyə çevirməyəcəyik

Samir Abasov: Neftçiyə mümkün məğlubiyyəti faciəyə çevirməyəcəyik
18 Noy 2016 13:02

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun azerisport.az a istinadən müsahibəsini təqdim edirik.

- Çempionatda yaranmış fasilədən necə yararlana bildiniz?
- Yaxşı. Bu müddətdə "İnter"lə yoxlama oyunu keçirdik. Pis məqamlardan biri U-21 yığmamızın düşərgəsində olan Yusif Nəbiyevin komandaya ciddi zədə ilə qayıtması oldu. O, bizdə əsas heyət oyunçusu idi. Heyətimizin elə də geniş olmadığını nəzərə alsaq, bu, bizim üçün böyük itkidir. Amma bunu faciəyə çevirmək fikrimiz də yoxdur.

- Qarşıda sizi "Neftçi" ilə oyun gözləyir...
- Bu komanda son oyununda "İnter"ə qalib gəlib (2:1). Orada mübahisəli penalti olsa da, məsələ bunda deyil. İstənilən halda meydanı qalib tərk ediblər. Bu üzdən də komandada yüksəliş hiss olunur. Bizimlə oyunda da xal qazanmaq istəyirlər. Hətta qalib gəlsələr, turnir cədvəlində bizi qabaqlayacaqlar. Bu baxımdan motivasiya da onlarda çoxdur. Amma biz öz meydanımızda oynayacağıq. Birinci dövrədə bakılılara qalib gəlmişdik. Bazar günü iki Azərbaycan komandası üz-üzə gələcək. Çünki "Neftçi"də də demək olar ki, legioner qalmayıb. Özünü Azərbaycan yığmasının baş məşqçisinə göstərmək üçün bundan yaxşı matç təsəvvür etmək olmaz.

- Məğlub olacağınız halda geriləməyiniz gərginlik yaratmır?
- Məğlubiyyəti faciəyə çevimrməyəcəyik. Amma bu, uduzmağa hazırlaşdığımız anlamına da gəlmir. Mübarizə aparacağıq.

- Belə bir vəziyyətdə heç-heçəni sizin üçün qənaətbəxş nəticə saymaq olar?
- Heç-heçə barədə düşünmürük. Uşaqların da beynini doldurmuşam ki, bizim belə bir fikrimiz ola bilməz. Ancaq qələbə barədə düşünürük.

- "Sumqayıt"ın işləri heç də yaxşı getmir. Qışda vəziyyəti dəyişmək üçün hansısa planlar qurmusunuz?
- Reallıq var, onunla da barışmaq lazımdır. Heyət baxımından yüksək pillələr uğrunda mübarizə aparmağımız mümkün deyil.

- Deməli, mövsümün əvvəlindən fikriniz ancaq elitada qalmaq olub?
- Bu barədə düşünmürük. Optimist olmağa çalışırıq. Mümkün qədər yüksək pillələrdə yer almaq üçün mübarizə aparırıq. Amma zəif mövqelərimizi digər klublar kimi güclü oyunçularla möhkəmləndirə bilmirik. Qışda müəyyən dəyişiklər etməyi düşünürük. Ən azından çalışacağıq. Maliyyə imkanlarımız bu istəyimizə çatmağa nə dərəcədə kömək edəcək, zaman göstərəcək. Amma bu heyətlə də mübarizə aparmaq olar.

- Qışda Türkiyəyə yollanmaq planınız var?
- Bəli, belə bir planımız var. Amma hər şey dəyişə bilər. Məni baş məşqçi olaraq ancaq sınaqçı rəqiblər və qalacağımız otel maraqlandırır. Ötən il getdiyimiz yerə yollanmaq istəyirik. O vaxt bir həftə ərzində dörd yoxlama oyunu keçirmişdik, çox məhsuldar toplanış alınmışdı.


17 Okt 2018
Müsahibə

Bakıya heyran qalan məşhur fransalı yazıçı:Həyatımdan keçən bütün qadınları çılpaq...- MÜSAHİBƏ

Realpress.az istinadla bildirir ki, Publika.az-ın özəl qonağı Fransanın məşhur yazıçısı, fotoqraf Giyom de Sardesdir.

12 Okt 2018
Müsahibə

Bakirəliyini satışa çıxaran azərbaycanlı qız:Ən yüksək qiymətlə razılaşacam

Məşhur eskort saytlarının birində bakirəliyini satışa çıxarması xəbəri ilə mətbuatın gündəmini alt-üst edən azərbaycanlı model Məhbubə Məmmədzadə A24.az-a maraqlı müsahibə verib.

6 Okt 2018
Müsahibə

Sami Yusuf:Azərbaycan dili mənim həyatımın mənasıdır (MÜSAHİBƏ)

Öz bənzərsiz ifası ilə qəlbləri riqqətə gətirən britaniyalı müğənni Sami Yusuf AZƏRTAC-a müsahibəsində Nəsimiyə, muğama və Azərbaycana sevgisindən danışıb