Səyavuş Kərimi: Özünü kişi hesab edənin adı Soso olmaz

Səyavuş Kərimi: Özünü kişi hesab edənin adı Soso olmaz
27 Okt 2016 15:40

Azərbaycanın görkəmli sənət adamları arasında Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin noyabrın 30-da Bakıda Heydər Əliyev Sarayında verəcəyi konsertinə qarşı etiraz edənlərin sayı artmaqdadır. 

Realpress.Az xəbər verir ki, bu dəfə məsələyə münasibətlərini BAKU.WS vasitəsilə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, bəstəkar Səyavuş Kərimi və Xalq artisti Flora Kərimova bildiriblər.

S.Kərimi Soso Pavliaşvilinin öz müsahibəsində “Mən Bakını ermənilərə görə sevmişəm” ifadəsinə öz sərt mövqeyini ifadə edib:

“Soso erməniləri belə çox sevəndir, gedib, onlar üçün oxusun! Niyə Bakıya gəlir ki?! Bu adam gedib Qarabağda çıxış edirsə, onu ümumiyyətlə, Azərbaycana, Bakıya buraxmaq düzgün deyil. İkinci bir tərəfdən isə Soso Pavliaşvili haqqında danışarkən, ağıla heç də böyük musiqi və ya sənət gəlmir. O, restoran müğənnisidir. O, uzaqbaşı gedib, kababxanada oxuya bilər. Gedib ermənilər üçün oxusun. Gəlib bu camaata “mədəniyyət dərsi” keçməsin. Onu bura niyə çağırırlar axı?! 

Soso deyir ki, “Mən Bakını ermənilərə görə tanımışam”. Bu, nə sözdür? Mən anlamıram, Bakı erməni şəhəridir ki, sən buranı ermənilərə görə tanıyasan? Nə qədər piyan olasan ki, Sosoya qulaq asa biləsən. Özünü kişi hesab edənin elə adı olmaz: Soso...”.

“Soso, Azərbaycan xalqı sənin üzünə tüpürür!”.

Xalq artisti Flora Kərimova da ortaya sərt mövqe qoyub:

“Soso Pavliaşvili, sən hansı üzlə Azərbaycana gəlirsən? Millətimin qürurunu tapda, get, oğullarımın qanı ilə sulanmış, 24 ildir üzünə həsrət qaldığım Qarabağımda konsert ver, pul qazan, sonra o millətin özü kimi qondarma erməni soyqırımını tanı, onlarla qardaş olduğunu de. Bir qarın çörək üçün Qarabağımda diz üstə sürünən sən, hansı haqla bu torpağıma, məmləkətimə gəlib, mənim udduğum havanı udacaqsan, yediyim yeməyi yeyib, paytaxtımda gəzəcəksən? 

Sən soruşdun ki, bu millət səni görmək istəyir, ya yox!? Od içində yanan torpağa hansı ürəklə ayaq basacaqsan? Azərbaycan xalqı sənin üzünə Qarabağa ayaq basanda tüpürdü! Tüpürcəyi üzündən silsən də, ömür boyu ləkəsi qalacaq! Torpağımın yiyəsi var, o da xalqımdır! Bura gəlmə! Sənin burada qazandığın xeyriyyəçiliyin öz qarnına belə çatmaz. Millətim o günə qalıb ki, sənin kimisi gəlib, burada xeyriyyə konserti versin?!

Milli qeyrətini erməni yollarında səpələyən Soso, sənin xeyriyyə konsertinə ehtiyacımız yoxdur, ay bədbəxt! Millətimin heysiyyatını çəkən, namusunı qoruyan, sabahını düşünən, vuran əli, sizin kimi satqın, qeyrətdən xəbəri olmayan heçlərə cavab verən ordum var. Millətim var, dövlətim var”.


15 Avq 2018
Şou-biznes

Bu da Samiraldonun bacısı – Foto

Realpress.az Sfera.az-a istinadən xəbər verir ki, Samiraldonun şəxsi İnstaqram səhifəsində son paylaşımı müzakirələrə səbəb olub.

15 Avq 2018
Şou-biznes

Pərvizlə Türkan haqda heç kimin bilmədiyi fakt - VİDEO

Tanınmış meyxanaçı Pərviz Bülbülə və müğənni Türkanın "Aşiqlə canan" mahnısı uzun illər öncə ifa edilib.

14 Avq 2018
Şou-biznes

Samiraldo: Bir ayyy eləyirəm, qabağıma pullar atılır - VİDEO

"Bir "ayyy" eləyirəm, qabağıma pullar atılır". Bu sözlər Samiraldoya məxsusdur. 

14 Avq 2018
Şou-biznes

Azərbaycanlı gözəl çimərlikdəki rəqsi ilə sosial şəbəkəni partlatdı - VİDEO

"Miss Ukrayna-2015” gözəllik müsabiqəsinin vitse-gözəli, azərbaycanlı gözəl Fəridə İbrahimova şəxsi "Instagram" hesabında yeni video paylaşıb.