Sürücülər xəstəliklərini daha gizlədə bilməyəcək

Sürücülər xəstəliklərini daha gizlədə bilməyəcək
24 Noy 2016 14:09

Azərbaycanda sürücülük vəsiqəsi əldə etdikdən sonra müəyyən xəstəlikləri aşkarlanan sürücülər haqqında məlumatların yol polis idarələrinə ötürülməsini, yaxud da sürücülərin dövrü olaraq tibbi müayinədən keçmələrini nəzərdə tutan təkliflər paketi hazırlanıb.

Bunu REALPRESS-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, təkliflərin 2017-2021-ci illər üzrə yol təhlükəsizliyi ilə bağlı dövlət səviyyəsində hazırlanan proqrama daxil edilməsi nəzərdə tutulur.

R.Nağıyev qeyd edib ki, xəstəliyi olan sürücülər haqqında məlumatların yol polisi idarələrinə ötürülməsi daha uyğun variantdır.

R.Nağıyev əlavə edib ki, bu qaydaların bütün sürücülərə şamil edilməsi təklif olunur.

Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsinin 10 il müddətinə verildiyini xatırladan R.Nağıyev bildirib ki, həmin müddət ərzində sürücülərin səhhətində dəyişikliklər baş verə bilər. Bu isə yol təhlükəsizliyi ilə bağlı hər hansı problemlərin yaranmasına səbəb ola bilər: "Ola bilsin ki, vətəndaş öz səhhətini düzgün qiymətləndirmir, sükan arxasına əyləşir və nəticədə problemlərin yaranmasına səbəb olur. Gərgin vəziyyətdə sükan arxasında əyləşən sürücü artıq potensial hadisə törədicisidir".

R.Nağıyev onu da əlavə edib ki, sürücünün həm emosional, həm fizioloji vəziyyətində problemlər olduqda onun xüsusilə ictimai nəqliyyatda işləməsinə icazə verilməməlidir: "Təəssüflər olsun ki, belə hallar qeydə alınır. Hər hansı xəstəliyin ağırlaşması ucbatından hadisələr baş verir. Vaxtilə reys həyata keçirən sürücülərin tibbi müayinəsi aparılmasa da, hazırda bəzi idarə və müəssisələr tərəfindən bu işlər həyata keçirilir”.

R.Nağıyev deyib ki, əvvəlki illərdə ictimai nəqliyyatda baş verən qəzaların və bundan zərərçəkənlərin sayı daha çox olub. Lakin artıq ictimai nəqliyyatda, yəni Bakıda və Bakı ətrafı qəsəbələrə, eləcə də rayonlara sərnişinlərin daşınması ilə məşğul olan nəqliyyat vasitələrində baş verən qəzaların sayı getdikcə azalır. Bunun səbəbləri nəqliyyat vasitələrinin müasirləşməsi, avtoparkların yenilənməsi, sürücülərin işinə nəzarətin artırılması ilə izah oluna bilər.


16 Okt 2018
Səhiyyə - Sağlamlıq

Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk

İnsan həyatın təxminən 1/3 hissəsini yuxuda keçirir. Yuxu həyati vacibdir.

13 Okt 2018
Səhiyyə - Sağlamlıq

Göz yorğunluğu aradan qaldıran təbii üsullar

"Gözlər qəlbin aynasıdır" bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var.

11 Okt 2018
Səhiyyə - Sağlamlıq

Qulaqcıqlar sağlamlıq üçün təhlükəlidir

ÜST ekspertləri vətəndaşları sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır

10 Okt 2018
Səhiyyə - Sağlamlıq

Azərbaycanda kəskin qrip yayılıb? - Baş epidemioloq açıqladı

Hava şəraitindəki kəskin dəyişmələr kəskin respirator virus xəstəlikləri tez-tez müşahidə edilir. Ümumi halsızlıq, qrip əlamətləri, boğaz ağrısı, burun tutulmaları əlamətləri həm uşaqlar, həm də böyüklərdə müşahidə edilir.