Tramp Green Card-ı ləğv edir

Tramp Green Card-ı ləğv edir
16 2019 15:51

ABŞ prezidenti Donald Tramp məsləhətçiləri Cared Kuşner, Stefen Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanan immiqrasiya siyasətini dəyişdirmək proqramını 16 mayda Konqresə təqdim edəcək.

Realpress.az newsru.co.il-ə istinadən xəbər verir ki, dəyişikliklər paketində ABŞ-a köçmək istəyənlərdə ingilis dili, yüksək təhsil və invesitisiya yatırmaq potensialı olmasına önəm veriləcəyi qeyd olunub.

Bundan başqa, islahatda ABŞ-da təmənnasız yaşamaq hüququ verən “Green Card” (“Yaşıl Kart”) lotoreyasının ləğvi nəzərdə tutulub.

Xatırladaq ki, Tramp bu məsələni hələ 2017-ci ildə gündəmə gətirmişdi. Həmin ilin avqustunda uşaq yaşlarından qaçqın kimi gələn şəxslərə yaşamaq hüququ verən DACA proqramını ləğv etmişdi.


20 May 2019
Dünya

Kanadada meşələr yanır - Sakinlər təxliyə olundu

Kanadanın qərbindəki Alberta əyalətində meşə yanğınları tüğyan edir.

20 May 2019
Dünya

İstanbulun mərkəzində SİLAHLI HÜCUM

İstanbulun mərkəzində silahlılar avtomobilə hücum ediblər.