Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendum gələn ilin martında keçirilə bilər.
REALPRESS-in məlumatına görə, bunu Ankarada jurnalistlərə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, referendum bu məsələ ölkə parlamentində həll olunmayacağı təqdirdə keçiriləcək.
Növbədənkənar parlament seçkilərinə gəlincə, Baş nazir qeyd edib ki, növbədənkənar seçkilər keçirilməyəcək.
B.Yıldırım əlavə edib ki, 2019-cu ildə Türkiyədə parlament, prezident və bələdiyyə seçkiləri keçiriləcək.
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.
Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.