VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb

VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb
29 Noy 2016 14:47

REALPRESS.AZ TREND.AZ -a istinadən xəbər verir ki, əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb. Baxış-müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil edilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb. Baxış-müsabiqəsində bədii yaradıcılıq növləri üzrə ilk yerlərə layiq görülən şəxslərə diplom və mükafatların təqdim edilməsi tədbiri olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu sosial siyasət əlilliyi olan şəxslərin də sosial müdafiəsinin və tibbi-sosial reabilitasiya sisteminin ildən-ilə güclənməsinə şərait yaradıb. Nazir müavini bildirib ki, əlillərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırılması, bu təbəqədən olan şəxslərin səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunması istiqamətində məqsədyönlü işlər görülür. Eyni zamanda, əlillərin sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onların cəmiyyət həyatında fəal iştirak imkanlarının genişləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi də diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi də bu məqsədə yönəlib. Baxış-müsabiqə həmin insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılmasında və dəstəklənməsində, əlillərin cəmiyyətə inteqrasiyasında xüsusi önəm kəsb edir.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev diqqətə çatdırıb ki, tədbir nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunub. Baxış-müsabiqəsinin ilk mərhələsi kimi Bakı, Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Sabirabad, Mingəçevir şəhər və rayonlarında ölkənin bütün bölgələri üzrə ümumilikdə 500 nəfərə yaxın əlil şəxs və sağlamlıq imkanları məhdud uşağın bədii yaradıcılıq nümunələrinə baxış keçirilib. Onlardan muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə istedad və bacarıqları ilə fərqlənən 136 nəfər şəxs baxış-müsabiqəsinin yekun mərhələsində iştirak hüququ qazanıb. Son iki gündə keçirilən bu mərhələdə respublikanın tanınmış incəsənət xadimlərindən (Arif Babayev, Fikrət Qoca, Faiq Sücəddinov, İntiqam Soltan, Cəmilə Bayramova) ibarət münsifər heyətinin qərarları ilə ayrı-ayrı nominasiyalar üzrə baxış-müsabiqəsinin qalibləri müəyyən olunub.

Digər çıxış edənlər əlillərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Bu tədbirlərin həmin insanların yaradıcılıq əzminin artırılmasında, onların cəmiyyətə inteqrasiyasında mühüm stimul olduğu vurğulanıb.

Daha sonra bədii yaradıcılığın müxtəlif növlərini əhatə edən 4 nominasiya üzrə I, II və III yerlərə layiq görülmüş əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara diplomlar və mükafatlar təqdim edilib. Yekun mərhələsində iştirak edən digər şəxslərə də təşəkkürnamələr və həvəsləndirici mükafatlar verilib.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar çıxış edərək, hərtərəfli qayğı ilə əhatə edilmələri, cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları yönündə görülən işlərdən razılıqlarını bildiriblər. Onlar əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğının növbəti təzahürü olan belə bir tədbirin keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.