Virtual reallıq meditasiya etməyə kömək edəcək

Virtual reallıq meditasiya etməyə kömək edəcək
26 Noy 2016 17:48

Virtual reallıq yalnız oyun sənayesində deyil, həmçinin başqa sahələrdə tətbiq edilir. ABŞ-ın “Provata Health” şirkəti “İOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün meditasiyayönümlü proqram çıxararaq tibb sahəsində virtual reallıq texnologiyasının imkanlarını sınaqdan keçirməyə qərar verib.

REALPRESS AZƏRTAC -a istinadən xəbər verir ki, virtual reallıq cihazını geyinən istifadəçi “iPhone” qurğusunda proqramı işə salaraq 360 dərəcəli “sakitləşdirici vizual mühit”ə yüklənir. Həmin proqramın köməyi ilə dünyanın heyranedici yerlərinə səyahət etmək olar.

“Provata Health” şirkətinin baş direktoru Aleks Qoldberqin sözlərinə görə, rəhbərlik etdiyi şirkətin bütün sağlamlaşdırma proqramları klinik sınaqlardan keçib, ancaq yeni virtual reallıq proqramı eksperimentaldır. Onun effektivliyi elmi cəhətdən yoxlanılmayıb.

Hesab edilir ki, proqram beynin fəaliyyətinə sakitləşdirici təsir göstərir və zehni yüklənməni azaldır. “Provata VR” cihazı gündəlik istirahət sessiyalarının yuxuya necə təsir etdiyini öyrənməyə imkan verir.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.