YARAT Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edir

YARAT Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamına dəvət edir
29 Noy 2016 14:18

YARAT Mərkəzində “Musiqi axşamları” silsiləsi bərpa edilib. YARAT Müasir İncəsənət Mərkəzindən verilən məlumata görə, noyabrın 30-da müğənni Samirə Əfəndiyevanın iştirakı ilə canlı musiqi axşamı keçiriləcək. İstedadlı sənətçi ifası ilə yanaşı, sərgilərlə bağlı təəssüratlarını da tamaşaçılarla bölüşəcək. Gecənin xüsusi qonağı tanınmış mügənni Tünzala Ağayeva olacaq.

S.Əfəndiyeva “Böyük səhnə” Beynəlxalq Vokal layihəsinin və "Səs Azərbaycan” yarışmasının iştirakçısı və finalistidir. Samirənin musiqiyə olan sevgisi hələ uşaqlıq illərindən başlayıb və artıq 3 yaşından Oqtay Zülfüqarovun rəhbərlik etdiyi Uşaq filarmoniyasının solisti idi. K.Səfərəliyev adına musiqi məktəbini bitirdikdən sonra, Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi Kollecinə daxil olur. Həmçinin, S.Əfəndiyeva "Baku Project" qrupu ilə birgə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyinə həsr olunmuş konsertdə çıxış edib və 2016-cı ildə Alanyada keçirilən jaz festivalının iştrakçısı olub.

Əməkdar artist T.Ağayeva Azərbaycan müğənnisi və bəstəkarıdır. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirmiş və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. 2001-ci ildə “Bakı payızı” gənc ifaçılar müsabiqəsinin qalibi olub. Bir sıra beynəlxalq musiqi festivallarında iştirak edib, o cümlədən: 2002-ci Rusiyada keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalının qalibi və Çexiyada 2006 və 2007-ci illərdə keçirilən «Barevna Planet» Beynəlxalq Müasir Musiqi Festivalının iştirakçısıdır.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.