Yoahim Levin müqaviləsinin vaxtı uzadıldı

Yoahim Levin müqaviləsinin vaxtı uzadıldı
29 Okt 2016 16:18

Almaniyanın futbol üzrə yığmasının baş məşqçisi Yoahim Lev komanda ilə işini 2020-ci ilə qədər davam edəcək. 

Realpress.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri mənbəyə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, müqavilənin müddətinin uzadılması noyabrın 1-də elan ediləcək. 

Məşqçinin Alman futbol ittifaqı ilə əvvəlki razılaşmasının vaxtı 2018-ci ilin iyul ayında sona çatr. 

Lev Almaniya yığmasına 2006-cı ildən başçılıq edir. Məşqçinin rəhbərliyi altında komanda 2010 və 2014-cü illərdə bürünc və qızıl medal qazanıb, 2008 və 2012-ci illərdə Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı olub. 2014-cü ildə Lev Beynəlxalq Futbol Asossiasiyasının versiyasına görə, ilin məşqçisi elan edilib.  


16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

15 Apr 2024
İdman

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.