Zakir Həsənov aviabazada – FOTO

Zakir Həsənov aviabazada – FOTO
31 Okt 2016 10:41

Pilotsuz uçuş aparatlarının döyüş imkanları nümayiş etdirilib.

Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.

Realpress.Az xəbər verir ki, Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb.

Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.

Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər.



15 Dek 2018
Hərbi

Azərbaycan Ordusu cəbhədə postları təhvil verdi

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttinə Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarət etmələri məsələsinə Müdafiə Nazirliyindən aydınlıq gətirilib.

15 Dek 2018
Hərbi

Ötən gecə CƏBHƏ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

14 Dek 2018
Hərbi

Ramil Usubovdan YENİ TƏYİNAT

Daxili İşlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib.