Azərbaycanın gəzib-görməli yerləri Ukraynanın məşhur şousunda – VİDEO

Azərbaycanın gəzib-görməli yerləri Ukraynanın məşhur şousunda – VİDEO
15 Yan 2018 14:44



Milli Turizm Təbliğat Bürosu ilə milli aviaşirkət AZAL-ın birgə dəstəyilə həyata keçirilən paytaxt Bakı və gəzməli yerləri haqqında video-rolik Ukrayna televiziyasında yer alıb. 

realpress.az xəbər verir ki, “Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” – Azərbaycan və Bakı haqqında olan bu coşqun ifadələr Ukrayna telekanalı STB-nin məşhur “Зважені та щасливі” tele-şousunun finalında səsləndirilib. 

“Зважені та щасливі” Ukraynada yüksək reytinqli televiziya verilişdir. Final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.

Ukrayna bazarı ölkəyə turist cəlbi baxımdan ən əsas potensial bazarlardan biridir. Bu baxımdan, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir.

Xüsusilə, Ukrayna hava yolları – UIA ilə əməkdaşlıq çərçivəsində uzun müddətdir birgə layihələr həyata keçirilir, bu ölkədən mütəmadi qaydada turizm agentliklərinin nümayəndələri, jurnalistlər və bloqerlərin Azərbaycana səfərləri təşkil edilir. Eyni zamanda, Milli Turizm Təbliğat Bürosu tərəfindən Ukraynada tədbirlər təşkil olunur. Sonuncu belə görüş isə paytaxt Kiyevdə keçirilib və tədbirdə Azərbaycanın turizm potensialı haqqında iyirmiyə yaxın turizm şirkətinə təqdimatlar edilib, onlarla yerli turizm şirkətləri arasında əlaqələr formalaşdırılıb. 

Qeyd edək ki, 2017-ci ildə Azərbaycana Ukraynadan 57 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında Azərbaycanın ən çox turist qəbul etdiyi yeddinci ölkədir. Aparılan işlər və araşdırmalar göstərir ki, bu rəqəmlər 2018-ci ildə daha da artacaq. 2017-ci ilin nəticələrinə əsasən, ümumilikdə, 2016-cı ilə nisbətdə Azərbaycana gələn turistlərin sayında 20%-dən artıq artım müşahidə olunub. 

Xatırladaq ki, Milli Turizm Təbliğat Bürosu oxşar fəaliyyətləri ənənəvi turizm bazarlarında olduğu kimi, eynilə yeni bazarlarda da həyata keçirir. Bunlara ABŞ, Avropa, Çin, Hindistan və başqaları daxildir. Milli Turizm Təbliğat Bürosu bazarın tələbatına uyğun olaraq müxtəlif ölkələrin turizm şirkətləri və agentlikləri ilə birlikdə yeni xidmət paketləri, marşrutlar, turlar və s. üzrə müzakirələr aparır və formalaşdırır.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.