Ayaz Mütəllibov: Xocalını çəkməyi Çingizə mən tapşırdım – MÜSAHİBƏ

Ayaz Mütəllibov: Xocalını çəkməyi Çingizə mən tapşırdım – MÜSAHİBƏ
23 Fev 2018 11:24


Xocalı qətliamının 26-cı ilində mövzu ilə əlaqədar eks-prezident Ayaz Mütəllibovla danışdıq.

realpress.az həmin müsahibəni təqdim edir:

– Ayaz müəllim, qarşıdan Xocalı faciəsinin 26-cı ildönümü gəlir. Hər dəfə Xocalı soyqırımı məsələsi gündəmə gələndə, ildönümü yaxınlaşanda bütün nəzərlər Sizə yönəlir. Faciə baş verən dövrdə Azərbaycana rəhbərlik etmiş şəxs kimi, Sizə qarşı ittihamlar səsləndirilir.

Necə hesab edirsiniz, ermənilər və onların arxasında dayanan dairələr tərəfindən törədilmiş bu qanlı qətliamdan qaçmaq mümkün idimi?

– Xocalıda həlak olan insanlarımızın ailələrinə, yaxınlarına dərin hüzünlə başsağlığı verir, Allahdan onlara, cəmi şəhidlərimizə, günahsız yerə qətlə yetirilmiş insanlarımıza rəhmət diləyirəm.

Xocalı soyqırımı ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ən qanlı faciələrdən biridir. Bunu sözlə ifadə etmək mümkün deyil...

Bu barədə danışmaq mənim üçün çox çətindir. Çünki hər dəfə bu hadisəni yadıma salanda, sözün düzü, özümü güclə ələ alıram. Çox dəhşətli və çox qanlı bir hadisədir... 

Çox böyük təəssüf hissi ilə onu da demək istəyirəm ki, bu hadisə o vaxtlar Azərbaycanda hakimiyyət uğrunda aparılan dəhşətli mübarizənin nəticəsində baş verdi. Bu, olmamalı idi. O zaman bütün siyasi qüvvələrə, siyasi liderlərə çağırış edirdik.

Şəxsən dəfələrlə çağırış edirdim ki, bu çətin dövrdə ələ-ələ verək, qol-qola girək. 

Axı, o zaman heç kim 2-3 ay ərzində müsair təcrübəyə malik olan hərbi hissələr, ordu yarada bilməzdi. Özünüz düşünün, 2-3 ay ərzində bunu etmək, güclü ordu yaratmaq mümkün idimi? Özü də hələ yenicə dağılmış nəhəng bir dövlətin ordusu olan yerdə...

Heyifsiləndiyim odur ki, Xocalını müdafiə etmək olardı, əgər bizim o zaman məsələlərə, üzləşdiyimiz və bizi gözləyə biləcək proseslərə ciddi münasibətimiz olsaydı, şəxsi maraqlara qulluq etməsəydik.

O zaman mənə işləməyə imkan vermədilər. Burada gizli bir şey yoxdur, bunu hər kəs açıq-aydın bilir. Bəziləri indi səhvlərini boyunlarına alır, heyifsiləndiklərini bildirirlər, bəziləri isə özlərini hələ də bilməzliyə vururlar. 

Ancaq torpaqlarımızın işğal altında qalması və xeyli sayda vətəndaşlarımızın, insanlarımızın məhv olması, qətlə yetirilməsi göz qabağındadır.

Kimə irad tutmalıyıq? Əlbəttə ki, ilk növbədə özümüzə. Çünki heç kim gəlib bizə əl uzadası, kömək edəsi deyildi. SSRİ kimi bir dövlət quldurların əlində çaş-baş qalmışdı. Yenidənqurma siyasətinin acı nəticəsi də göz qabağındadır.

Gərək o dönəmdə olduqca ehtiyatla davranaydıq. Məhz ona görə hamıya, müxalifətə, AXC üzvlərinə deyirdim ki, ay canım, ay qardaşım, ay bacım, bu dövr çox çətin, ağır dövrdür, gəlin, ilk növbədə Qarabağ probleminin öhdəsindən birlikdə gələk, tələsməyin, cavansınız, sizin üçün hələ hər şey qabaqdadır.

Gəlin, bu məsələnin öhdəsindən gələk, sonra başqa məsələləri gündəmə gətirərik. Amma kimə deyirsən? Eşidən var idi? Qulaq asan da yox idi.

Elə hey deyirdilər ki, Mütəllibovu vəzifədən götürməsək, ömrü boyu hakimiyyət kürsüsündə oturacaq, Qarabağ problemi həllini tapmayacaq, filan... Elə 5-6 mart 1992-ci il hadisələrini götürək. Yəqin ki, siz də xatırlayırsınız o dövrü, o hadisələri...

– Bəli, çox yaxşı xatırlayıram, çox ağrılı, çox ziddiyyətli günlər, dövrləri idi...

– Həmin hadisələrdə açıq-aşkar Mütəllibovu hakimiyyətdən devirmək simfoniyası gedirdi. Mən də, təbii ki, dözmədim... Dözmədim deyəndə, görürdüm ki, bunlara heç nəyi  başa sala bilmirəm, sala da bilmərəm...

Bəs nə etməliyəm? Prezident olduğum cəmi 3-4 ay idi, söhbət 1991-cil ilin payızında keçirilən prezident seçkilərindən sonrakı dövrdən gedir, 3-4 ay ərzində nizami ordu yaratmaq qeyri-mümkün idi. Ancaq onun əvəzində batalyonlar yaratmışdıq, vətənpərvər insanlardan, könüllülərdən, hərbçilərdən ibarət hərbi briqada təşkil etmişdik.

Özünümüdafiə dəstələri, batalyonları vasitəsilə ortaya çıxırdıq, Azərbaycanın müdaifiəsini təşkil etməyə çalışırdıq. Amma vəziyyət gündən-günə çətinləşirdi, ermənilərin hücumları, təxribatları ara vermirdi. 

İndi bir düstur olaraq deyə bilmərəm ki, bu qapını, bu seyfi açsam və gözümə sataşan materiallarla, arayışlarla tanış olsam və tədbir görsəm, bununla da məsələ bitər. Belə bir düstur yoxdur. Ona görə hər məsələyə çox ehtiyatla yanaşmalı idik.

Hər sözümüzün qüvvəsi, çəkisi olmalı idi. Ancaq bunlar olmadı, əksinə, Xocalı faciəsindən çox keçməmiş bu məsələni Ali Sovetin, indiki Milli Məclisin müzakirəsinə çıxardılar. Nə oyunlardan çıxdılar?! Adam indi danışmağa xəcalət çəkir. Şəxsən mən özüm Xocalı soyqırımının dəhşətli, tükürpədici fotolarını çəkməyi rəhmətlik Çingiz Mustafayevə tapşırdım. Ona kömək etdim, keçmiş sovet hərbçilərinin köməyilə vertolyot təşkil etdim, çünki bizim vertolyotumuz yox idi, oraya göndərdim.

Bunlar isə deyirdilər ki, yox, lazım deyil, əgər bura sovet ordusu gəlsə, biz cəhbədəki bütün hərbi resursları Bakıya gətirəcəyik. Bu, nə demək idi? Nəzarətdən çıxmışdılar.

Düzdür, bunu heç də hamıya, bütün cəbhəçilərə, AXC üzlərinə aid etmirəm, onların içərisində vicdanlı adamlar az deyil. Bilirəm ki, onların arasında səhvlərini etiraf edənləri var, deyirlər ki, cavan idik, çox şeyləri anlamırdıq, ona görə çaş-baş qalmışdıq.

Bu imkandan istifadə edə bilmədik və məsələlərə ciddi yanaşmadıq. O ki qaldı mənim fəaliyyətimə, o vaxt Ali Baş Komandan olsam da, ordum yoxu idi, amma adım Baş Komandan idi. Ağdamda xüsusi komitə yaratmışdıq. O komitədə müştərək şəkildə məmurları yerləşdirirdik, Qarabağın ətrafında yerləşən bölgələrin yerli hakimiyyətlərini ora cəlb etmişdik və məqsədimiz də o idi ki, heç olmasa, Əsgəran rayonu istiqamətində olan əraziləri - üzü Ağdama doğru - nəzarətdə saxlaya bilək.

Orada da intriqa salanlar oldu. Qoymadılar, bir sözlə, mənə işləməyə imkan vermədilər, köməksiz, təcrid olunmuş bir vəziyyətdə qaldım. Bundan yararlanan, istifadə edən düşmənlərimiz oldu...

– Necə hesab edirsiniz, Xocalı soyqırımını törədən şəxslər, Ermənistanın indiki və keçmiş rəhbər şəxsləri bu qanlı əməllərinə görə nə vaxtsa məhkəmə, hərbi tribunal qarşısında cavab verəcəklərmi? Bunun üçün hansı addımların atılması lazımdır ki, sarkisyanlar, koçaryanlar, ohanyanlar, ter-petrosyanlar və digərləri məhkəməyə çəkilə və layiqli, haqq etdikləri cəzalarını alsınlar?

– Burada, əslində, böyük siyasətdən söz gedir. Çünki heç kimə gizli deyil ki, Qarabağ münaqişəsi, bu münaqişəyə bənzər konflikt 3-4 regionda baş verib və bu vaxta qədər öz həllini tapmayıb. Rusiyanın öz maraqları, Qərbin öz maraqları var. Bunlar da, təbii ki, böyük dövlətlərdir, maraqları öz xeyirlərinə görə istifadə edirlər. Heç kim də deyə bilməz ki, sən bununla məşğul olma, çəkil kənara.

Beynəlxalq səviyyədə ciddi hadisələr baş versə, onda hər şey alına bilər, yəni, bu zaman istədiyinə nail olmaq o qədər də çətin olmaz.

Məsələn, Rusiyanın özündə “Memorial” adlı təşkilat var, onların geniş, hərtərəfli məlumat bazası mövcuddur. Orada Qarabağ, Xocalı hadisələri ilə bağlı tutarlı faktlar, sübutlar, materaiallar toplanıb.

Onların fəaliyyətindən yararalana bilərik. Eyni zamanda, müəyyən təşkilati işlərlə məşğul olmalıyıq. Tanınmış alimlərdən, ziyalılarımızdan, məmurlarımızdan ibarət bir qrup yaratmalıyıq.

Ciddi işlərlə məşğul olmalıyıq. Məhz bu zaman öz istədiklərimizə, torpaqlarımızın işğalında, xalqımıza qarşı vermiş qanlı hadisələrdə əli olanların cəzalandırılmasına nail ola bilərik.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.