Baş məşqçi: "Kosova yığması yeriməyi öyrənən uşaqdır" - MÜSAHİBƏ

Baş məşqçi: "Kosova yığması yeriməyi öyrənən uşaqdır" - MÜSAHİBƏ
10 Mar 2018 16:08

Realpress.az report-a istinadən həmin müsahibəni təqdim edir:

- Siz albanca bilirsiniz?
- Bir o qədər yox. Amma bu, mütləq deyil. Oyunçuların böyük əksəriyyəti Kosovodan yox, Almaniya, İsveçrə, İngiltərə, İtaliya və Skandinaviya ölkələrindəndirlər. Yığmada əsas dil ingilis dili olacaq. Ehtiyac duyulduqda, tərcüməçidən yararlanacağam.

- Artıq 66 yaşınız var. Təqaüdə getmək əhvalında deyilsiniz?
- Xeyr, yetərincə enerjim var. Həm də yığma məşqçisi ilə klub məşqçisinin işi eyni deyil. Bu halda gündəlik həyata çox vaxtınız olur. Bu da xoşuma gəlir. İsveçərinin gənclər yığmalarında və Ermənistan millisində oxşar təcrübəm olub.

- Kosovo millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində 7 oyunun hamısında uduzdu...
- Bu, Xorvatiya, İslandiya və Türkiyə yığmalarının yer aldığı çox qorxulu qrup idi. Çox, lap çox çətin qrupdaydıq. Həmçinin unudurlar ki, həmin vaxt yığma iki həftə ərzində yaradılmışdı. Kosova yığması yeriməyi öyrənən uşaqdır. Lakin futbola ehtiras var və bu, ən başlıcasıdır.

- UEFA Millətlət Liqasında Azərbaycan, Malta və Farer adaları ilə eyni qrupda yer almısınız. Bu barədə nə deyə bilərsiniz?
- Qrupumuz elə də seksual deyil. Lakin bizim üçün yaxşıdır. Hər oyun bir təcrübədir.

- Kosovo yığmasında hansı hədəfləriniz var?
- Bizim 2000 - 2001 təvəllüdlü çox sayda yaxşı oyunçularımız var. Onlar "Yuventus"da, "Bavariya"da, "Roma"da, eləcə də İsveçrə klublarında çıxış edirlər. Bu layihə yoxlanılmalı və özünü doğrultmalıdır.

- İsveçrə millisinə namizəd futbolçuları oğurlamaq istəyirsiniz?
- Heç bir ölkə oyunçu oğurlamır. Seçimi hər zaman futbolçu edir. Oyunçunun karyerası ərzində daha çox qələbə qazana biləcəyi komandanı seçməsi başa düşülənndir. İsveçrə yığmasında oynamaq şansı olan gələcəkdə həmin yığmanı seçəcək. Təsadüfi deyil ki, Qranit Caka, Cerdan Şakiri kimi futbolçular Albaniya deyil, İsveçrə millisində çıxış edirlər. 


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.