Mədəniyyət və Turizm naziri həmkarı ilə görüşdü — FOTOLAR

Mədəniyyət və Turizm naziri həmkarı ilə görüşdü — FOTOLAR
17 Mar 2018 10:59

Realpress.az xəbər verir ki, nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq, nümayəndə heyətini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Dağıstan-Azərbaycan arasında turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.

Nazir Azərbaycan və Dağıstan arasında yol məsafəsinin yaxınlığının, Azərbaycanın müxtəlif turizm imkanlarınının, o cümlədən sağlamlıq turizminin, qış turizminin və qastronomik turizm növlərinin Dağıstan turistlərini cəlb edə biləcəyini vurğulayıb. 

Əbülfəs Qarayev eyni zamanda mayın 1-31 tarixində Bakıda keçiriləcək “Bakı Şopinq Festival” barədə məlumat verdi, festival çərçivəsində bir sıra yeniliklərin və “tax-free” sisteminin mövcudluğundan bəhs edib və Dağıstan Respublikasının turoperatorlarını ölkəmizə dəvət edib.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.