Arzu Rzayev: "Mən şanson oxuyanda nə Eyyub Yaqubov, nə də İlqar Sail oxuyurdu" — MÜSAHİBƏ

Arzu Rzayev: "Mən şanson oxuyanda nə Eyyub Yaqubov, nə də İlqar Sail oxuyurdu" — MÜSAHİBƏ
26 Mar 2018 16:12

- Arzu müəllim, xeyli müddətdir efirə çıxmırsınız. Hazırda nə işlə məşğulsunuz?

- Bəstəkar Elçin İmanovla mahnılar üzərində çalışırıq. Aydınçiklə duetimiz nəzərdə tutulub. Yaxın aylarda İsrailə səfərimiz var. Orada Elçin İmanovun yaradıcılıq gecəsi keçiriləcək. Rusiyaya da qastrol nəzərdə tutulub. Əvvəl efirə çox çıxırdım, indi yaradıcılıqla məşğulam. Gərək ikisindən birini seçəsən. Ya yaradıcılıq, ya da efir olmalıdır. Efirə də yeni mahnılarla çıxmaq lazımdır.

- Bu yaxınlarda Azərbaycanın şanson ifaçılarının konserti oldu. Həmin konsertdə çıxış etdinizmi?

- Xeyr. 

- Dəvət etməmişdilər?

- Dəvət edilmişdim, həmin gün burada deyildim.

- Bəlkə arada inciklik var?

- İnciklik yox idi. Tək mən yox, bir neçə şanson ifaçısı da həmin konsertdə iştirak etmədi. Heydər Əliyev adına Sarayın əməkdaşları zəng vurub dəvət etdilər, dedim ki, Bakıda olmayacağam.

- Hər bir janrın öz banisi var. Sizi Azərbaycan şansonunun banilərindən biri hesab edə bilərik?

- Biri deyəndə ki... (gülür).

- Yəni sizsiniz?

- Rəhmətlik Mirzə Babayev Azərbaycan şansonunun atasıydı. Onunla Azərbaycan Konsert Birliyində bir qrupda da işləmişik. Qrupun adı rus dilindən tərcümədə "Bakılılar səhnədə" adlanırdı. Duzlu, maraqlı insan idi. Yadımdadır ki, özünü həmişə məşhur fransız şanson ifaçısı İv Montanla müqayisə edirdi. Mirzə Babayevin ifa etdikləri klassik şansona aiddir. Ancaq Bakı şansonundan söhbət gedirsə, bəli, bunun təməlini mən qoymuşam. Elçin İmanovla 1994-cü ildə şansonu diriltdik.

- Başqa şanson ifaçılarından kimləri dinləyirsiniz?

- Eyyub Yaqubov, İlqar Sail xoşuma gəlir. Amma biz bu işlə məşğul olanda, nə İlqar, Nə Eyyub şanson oxuyurdular. Mirzə Babayev isə məndən əvvəlki şanson ifaçıdır. Bir var rus dilində oxumaq, bir də var rusca oxumaq. Yəqin ki, nə demək istədiyimi anladınız. Oxuduğum mahnılara muğamlarımızdan bəzəkləri, xırdalıqları vururam. Sadəcə, rus dilində oxuyuram. Elçin İmanov təxminən otuz mahnı yazdı. Gəldim on iki mahnı seçdim və başaldım oxumağa. Elçinin bəstəkar kimi tanınmağında mənim böyük rolum var. Burada qəbahət iş yoxdur ha. Sadəcə, reallığı dedim. Həmin vaxt şanson oxumaq bir az təhlükəliydi. Çünki oxuduğun tuta da bilərdi, tənqidə də məruz qalardın.

- Özünüzü dinləyirsiniz?

- Qətiyyən özümə qulaq asmıram. Çox ifaçı təzə mahnı yazdıranda dəfələrlə qulaq asır. Mən ifadan sonra özümə qulaq asmıram. Eyyubu daha çox dinləyirəm. İstənilən janra gərək məhəbbətlə yanaşasan. 

- Xanəndələr, pop ifaçıları arasında qısqanclıqlar, yola getməmək kimi məqamlar olur. Şanson ifaçılarında vəziyyət necədir?

- Bizdə vəziyyət nisbətən yaxşıdır. Deyim ki, şanson üçün böyüdüyün mühit böyük rol oynayır. 

- Şanson bölgədə yarana bilərmi?

- Şanson Paris musiqisidir. Fransa musiqisi yox ha, məhz Paris musiqisi. Yəni, bu mənada şansonun bölgədə yaranması mümkün deyil.

- Bir müddət bizneslə məşğul olurdunuz...

- Mən anladım ki, gərək hər adam öz işiylə məşğul olsun. 

- Nə biznesi idi?

- Şərikimlə restoran işlədirdik. Sonra gördüm ki, gərək ya bu işlə məşğul olum, ya da o işlə. 

Realpress.az 


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.