Prezidentimizi bütün Azərbaycan xalqı sevir və ona inanır - Kamaləddin Qafarov (Müsahibə)

Prezidentimizi bütün Azərbaycan xalqı sevir və ona inanır - Kamaləddin Qafarov (Müsahibə)
30 Mar 2018 14:25

- Hamıya, hətta  ölkəmizin saysız-hesabsız uğurlarını  həzm edə bilməyən bir çox bədxahlara da məlumdur ki, Azərbaycanın adı hazırda dünyanın inkişaf etmiş, populyarlıq qazanmış bir sıra dövlətləri ilə yanaşı çəkilir.  Ölkəmizin bey­nəl­xalq aləm­də ən islahatçı ölkə kimi nüfuz qazanmasını bugünkü uğurlarımızın tən­tənəsi kimi dəyərləndirirəm.  Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qo­yu­lan siyasətin son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğur­la davam etdirilməsi, dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək üçün davamlı islahatların həyata keçirilməsi təbii ki, Azərbaycanın uğurlarını şərtləndirən əsas amillərdəndir.  

Yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya la­yi­hə­lərinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasın­da fərq­lərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin real­laş­ması son 15 ildə  görülən işlər, əldə olunan uğurlu  nəticələr Azərbaycanın dün­ya­ya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan mo­delinin mövcudluğu uğurlu siyasətin göstəricisidir.  Qeyri-neft sektorunun  sü­rətlə  genişlənməsi, Azərbay­can­da sənayeləşmə prosesinin davam etməsi, iqti­sa­di zonaların yaradılması ölkənin inki­şafını daha da sürət­lən­dirir.

Ölkəmizin gələcəyini təmin edəcək sahibkarlığın inkişafı, biznes və in­ves­tisiya mühitinin  yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliye­vin  qar­şıya qoy­du­ğu başlıca hədəflərdəndir. Özəl sektorun inkişafının daha da  sürət­lən­dirilməsi ilə bağ­lı  həyata  keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait  yaratmışdır. İqtisadiyyatın şa­xə­ləndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sa­bit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət  büdcəsinin formalaşma­sın­da təbii ehtiyatlar amilinin azal­dıl­ması, bütün bölgələrin sosial-iqtisadi vəziy­yə­tinin müasir tələblər səviyyəsinə çatdı­rıl­ması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac im­kanlarının artırılması, əhalinin etibarlı sosial mü­da­fiəsinin təşkili və maddi-mə­nəvi, rifah halının durmadan yaxşılaşdırılması,  orta təbəqənin hər vasitə ilə for­malaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəl­dilir: insan amilinə artan diqqətin əsasını təşkil edən göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək, sosial-iqtisadi sahədə  titanik inkişafı ger­çək­ləş­dirmək. Bu­nun üçün  potensial baza neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində qey­­ri-neft sektorunun inkişafını sürətləndirməkdir.

Siz Azərbaycan Respublikası  Milli Məclisində  səhiyyə seqmentini təmsil edirsiniz.  Qeyq olunan  davamlı inkişaf prosesi burada özünü necə göstərir, han­sı əlamətdar dəyişikliklərlə keyfiyyətcə yeni mərhələyə qədəm qoyur?

- Azərbaycanın  Prezident İlham Əliyevin  rəhbərliyi ilə son 15 il ərzində  uğur­lar qazandığı sahələrdən biri də, şübhəsiz, səhiyyə sahəsidir. Ölkəmizdə sə­hiy­yə sek­torunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siya­sətin başlıca istiqamətlərindən birini təşkil edir. Təbii ki, bu da döv­lə­ti­mi­zin  vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir. Ulu öndər Heydər Əliyevin si­ya­si kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğı təbii ki, daha aydın görünür.  Belə ki, atılan ad­dım­lar,   həyata keçirilən məqsədyönlü  siyasət bu sa­hə­ni keyfiyyət və kəmiyyət gösəri­cilə­ri ilə zənginləşdirmiş, səhiy­yə  sek­to­ru  ye­ni inkişaf mərhələsinə qədəm qoy­muş­dur.  Səhiyyə ilə bağlı mü­hüm dövlət proq­ramlarının hazırlanaraq həyata keçirilməsi, əha­linin sağ­lam­lı­ğının daha eti­barlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə tə­min  olunması bu istiqamətdə həyata keçirilən siyasətin prio­ritet­lə­ridir. Səhiyyə müəs­­sisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edil­məsi, və­tən­daşların  pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaq­la­rın bü­tün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə isla­hat­ların əsa­sını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin fərmanları əsasında təs­diq­lənən və uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Döv­lət Proqram­ları çərçivəsində bölgələrdə diaqnostika mərkəzlərinin tikilib istifa­də­yə verilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  böləgələrə səfərləri çərçivəsində bu və ya digər səhiyyə ocaq­ları­nın tikilərək, yaxud yenidən bərpa olunaraq istifadəyə verilməsi, eyni zaman­da təməlqoyma mərasimlərinin keçi­ril­məsi də yaddaqalan mühüm hadisələr sıra­sın­dandır. Bir məqamı da qeyd edək ki, möhtərəm Prezidentimiz İlham Əliyev digər sa­hələr kimi, səhiyyədə də yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi önəm verir. Dün­ya səhiyyə elminin uğurlu inkişafını insanların sağlamlığına töh­fə kimi dəyər­lən­dirən cənab İlham Əliyev bildirir: “Biz çalışmalıyıq ki, dün­ya­da bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olun­sun. Yaradılan maddi-texniki ba­za, müasir avadanlıq belə imkanları verir… An­caq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də da­ha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olma­sın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tə­rə­findən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır.»

Bir əsas məqamı da qeyd edək ki,  beynəlxalq təşkilatlar, o cümlədən Dün­ya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək də­yər­ləndirir. Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Qeyd etdiyimiz kimi, hər sahə üzrə konkret Dövlət Proq­ramlarının qəbulu və icrasına xüsusi diqqətin göstərilməsi bir daha bu real­lığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın hər sahədə təcrübəsinin nümu­nə olmasını qarşıya mühüm vəzifə kimi qoyub. İnsanların sağlamlığının keşi­yin­dən dayanmaq, onlara yüksək xid­mət göstərmək səhiyyə işçilərinin borcudur.

- Kamaləddin müəllim, səhiyyənin  maddi-texniki bazasının təkmilləş­diril­məsi, yeni innovasiyaların təşviqi və tətbiqi, səhiyyə sahəsində yol xəritəsinin tərtibi və reallaşdırılması sahəsində qarşıda duran vəzifələr bu sahəyə gələcəkdə də diqqətin daim artırılmasını diqtə edir…

- Şübhəsiz! Bildiyiniz kimi, orta və uzunmüddətli dövr üçün Azərbaycanın da­yanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqti­sa­diy­yatın və onun əsas prioritet sektorları üzrə "Strateji yol xəritəsi"nin hazırlanması işlə­rinə start verilib.

Strateji Yol Xəritəsi çərçivəsində yaxşı idarəetmə əsasında makroiqtisadi sa­bit­liyi təmin etmək, iqtisadiyyatın strukturunu təkmilləşdirmək, məşğulluğu artırmaq, tarazlaşdırılmış regional inkişafı təmin etmək, biznes mühitini yaxşı­laş­dırmaq və özəl sektorun iştirakçılığını gücləndirmək planlaşdırılır. Azərbay­can Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məq­sədlərinə qoşulmuşdur. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələn­diril­miş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır.

 Bu məqsədlə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dina­mik şəkildə artırılması və həmin vəsaitin səmərəli və məqsədyönlü istifa­də­sini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Səhiyyənin maddi-tex­niki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qu­rul­ması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, eyni zaman­da səhiyyə islahatları planlı şəkildə davam et­di­riləcəkdir. Səhiyyənin idarə olun­masın­da həddən artıq mərkəzləşmədən imtina edilməsi, idarəetmədə sırf icraçı funk­si­yalarının inzibati-iqtisadi formalarla əvəz olunması üçün tədbirlər görüləcək və bununla da müxtəlif səviyyəli idarəetmə strukturlarının səlahiyyətlərinin səmərəli şə­kil­də ayrılması və onların fəaliy­yətinin əlaqələndirilməsi təmin ediləcəkdir.

İcbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yar­dı­mın key­fiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexa­nizm­lə­­rinin tək­mil­ləşdirilməsinə şərait yaradılacaqdır. Səhiyyə sisteminin islahatları nəti­cəsində əsa­sən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yar­dı­mının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi prak­tika­sının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır.

Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gə­ləcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran baş­lı­ca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiy­yə­yə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, hə­min vəsaitin səmərəli və məqsəd­yönlü istifadəsini təmin edən mexanizmlər yara­dılması nəzərdə tutulub. Səhiy­yə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımı­nın üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi prak­ti­ka­sının genişləndirilməsinə müvafiq şərait yara­dılacaqdır. Tibb işçilərinin əmə­yi­nin son nəticəyə görə qiymətlən­diril­məsi prinsi­pinin tətbiq olunması üçün təd­bir­lər görüləcəkdir. Əhalinin sağ­lamlığının monitorinqi üzrə müxtəlif tibbi elek­tron registrlər, vətəndaşların “elektron sağlamlıq kartı” sistemi və vahid səhiyyə in­for­masiya sistemi yaradı­lacaq­dır.

- Müsahibənin sonunda ölkəmiz üçün çox əlamətdar bir məsələyə də toxunmaq istərdik: 11 aprel  Prezident seçkiləri günüdür...

- Biz bayaqdan sizinlə ölkəmizdə son 15 ildə gedən böyük inkişaf və tərəq­qi­nin bəzi istiqamətlərindən, fraqmentlərindən bəhs edirik. Bu qədər miqyaslı qələbələrin, uğurların müəllifi, ilhamvericisi, təşəbbüskarı və rəhbəri kimdir? Əlbəttə, ölkə prezidenti İlham Əliyev! Bunu heç kəs, heç müxalif qüvvələr də inkar edə bilməz. Müxalifət demişkən, son dövrdə canlanmağa səy göstərən bəzi qüvvələrə səmimi bir tövsiyəm var.

Azərbaycan xalqının hazırda kifayət qədər populyar, işgüzar, praqmatik, to­lerant bir lideri – İlham Əliyev var və ölkəmizin ikinci liderə qətiyyən ehtiyacı yoxdur. Bu liderə qarşı çıxmaq istəyən partiya və siyasi qüvvələrin nəsibi bir­mə­nalı şəkildə məğlubiyyət olacaq.  O qüvvələrin yalnız  “inqilabi” təcrübə top­la­maq  məqsədi ilə kiçik qruplar halında toplaşıb siyasi imitasiyaya gücləri çatar.

700 min nəfərdən çox üzvü olan YAP kimi   möhtəşəm bir partiyanın li­de­rinə rəqib olmaq,  onunla Prezidentlik uğrunda mübarizə aparmağa cəhd gös­tər­mək siyasi don kixotluq deyilmi?  Bu partiyanin liderini - Prezidentimizi butun Azər­baycan xalqı sevir və ona inanır, güvənir.  Hamını bir nəfər kimi pre­zi­den­timizi dəstəkləməyə və ona olan sevgi və sayğılarımızı aprelin 11-də təsdiq­lə­mə­yə dəvət edirəm!

Realpress.az 

# kamaləddin qafarov, kamaləddin qafarov, qafarov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis

25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.