Epilepsiya: Nələr təhlükəli sayılır?

Epilepsiya: Nələr təhlükəli sayılır?
31 Mar 2018 15:25

Realpress.az xəbər verir ki, APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

Nevroloq, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri Aygün Musayeva deyib ki, müəyyən yaşlarda epilepsiyaların səbəbləri dəyişir: "Məsələn, yeni doğulmuş uşaqlarda bu, daha çox perinatal dövrdə, ana bətnində olan zədələnmələr, infeksiyalar, doğuş zamanı hipoksiya və doğuş travması nəticəsində olur. 30-50 yaşlarda burada çox böyük yük beyin şişlərinin üzərinə düşür. Amma 50 yaşdan yuxarı 50% epilepsiyanın səbəbləri beyin damarları ilə bağlı patologiyanın nəticəsində yaranır".

Epilepsiyanın 40-dan artıq növünün olduğunu deyən nevroloq, tutmaları iki qrupa ayırıb: "Tutmaların növlərinə əsasən böyük tutmalar və lokal tutmalar mövcuddur. Elə epilepsiya növləri var ki, orada ümumiyyətlə, qıcolma olmur. Sadəcə, insan donur, buna abstans epilepsiya deyilir".

Nevroloqun sözlərinə görə, uzunmüddətli tutmalar epileptik statusa malik olur ki, bu da həyat üçün təhlükəlidir. Aygün Musayeva deyib ki, qıc olmadan əziyyət çəkən xəstələrin ətrafı ona qarşı xüsusi diqqət göstərməlidirlər: "Huşun itməsi olur bu anda, xəstə donur. Bunu ancaq onunla çox təmasda olan insanlar görür". 

Aygün Musayeva epilepsiya tutmaları zamanı xəstələrə göstərilən ilkin yardımla bağlı tövsiyələr verib: "Xəstə yıxılır və yıxılanda əlbəttə ki, zədə alma təhlükəsi olur. Bu səbəbdən epileptik tutmada da insana yardım üçün onu rahat vəziyyətdə uzatmaq, zədədən və travmadan qorumaq lazımdır. Çox zaman insanlar xəstələrin ağzını açmağa çalışır, başqa bir manipulyasiya yerinə yetirir. Bunlar düzgün deyil. Epileptik tutma zamanı xəstəni bir böyrü üstündə uzandırmaq, rahat nəfəs almasını təmin etmək lazımdır".

Nevroloq deyib ki, epilepsiya müalicəsinə başlamazdan əvvəl onun uzunmüddətli olacağını xəstəyə mütləq demək lazımdır. Onun sözlərinə görə, dərman müalicəsində əsasən monoterapiyaya, yəni bir dərman qəbuluna üstünlük verilir: "Epilepsiyası olan xəstələrdə müalicədən sonra iki il ərzində tutmalar qeyd olunmazsa, bu zaman dərman qəbulunun dayandırılması haqqında düşünmək olar. 10 il ərzində xəstədə epileptik tutmalar yoxdursa, bir şərtlə ki, son beş ildə dərman qəbul etməyib, bu halda bu xəstəyə "epilepsiya həll edilib" deyilə bilər".  

A.Musayeva həmçinin epilepsiyadan əziyyət çəkən insanlarda psixi pozuntu müşahidə olunduğunu deyib.

Nevroloq epilepsiyadan əziyyət çəkən insanların avtomobil idarə edib-etməməsi barədə suallara cavab olaraq deyib ki, əgər bir şəxsdə epileptik tutmalar müalicə ilə tam aradan qaldırılıbsa və tutma qeydə alınmırsa, o zaman avtomobil idarə edə bilər.

Mütəxəssis onu da deyib ki, epilepsiyalı şəxslərin hündürdə, isti mühitdə olmaları, işləmələri arzuedilməzdir: "Bu amillər mütləq nəzərə alınmalıdır".

Epilepsiyadan ölüm halları haqda suallara cavab olaraq həkim deyib ki, qısamüddətli tutmadan ölüm halının yarandığını demək düzgün olmaz. Onun sözlərinə görə, təkrari tutmalar olsa, xəstə epilepsiya statusuna düşə və ölüm baş verə bilər. 

Nevroloq epilepsiya dərmanlarının əlavə, arzuolunmaz nəticələri haqda da danışıb. 

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.