Hamilələrin məhəl qoymadığı test erkən düşük yaradır - Endokrinoloqdan XƏBƏRDARLIQ

Hamilələrin məhəl qoymadığı test erkən düşük yaradır - Endokrinoloqdan XƏBƏRDARLIQ
07 Apr 2018 11:30

Hamiləlik zamanı ən çox rastlanan belə problemlərdən biri hipotireozdur, yəni qalxanabənzər vəzin funksiyasının aşağı olması (TSH yüksəkliyi). Bu problemə məhəl qoymadıqda isə istənilməyən nəticələr baş verə bilər.

Realpress.az bildirir ki, mövzu ilə bağlı medicina.az-a açıqlama verən endokrinoloq Nadirə Ağazadənin sözlərinə görə, bu vəziyyətdə olan hamilələr müalicə olunmadığı təqdirdə preeklampsiya, erkən doğum riski ilə üzləşə bilərlər: "Hipotireozlu analardan doğulan körpələrdə kəskin tənəffüs çatışmazlığı daha çox müşahidə edilir. Qalxanabənzər vəzi hormonları mərkəzi sinir sisteminin və boyun inkişafına birbaşa təsir göstərdiyinə görə doğulan körpələrdə fiziki və əqli inkişaf geriliyi yaranır.

Ona görə də hamiləlikdə bu xəstəlik aşkarlanan kimi dərhal müalicəyə başlanılmalı, hər 4-6 həftədən bir TSH dəyərləndirilməli və trimesterlərə uyğun hədəf rəqəmlərə çatdırılmalıdır". 

Mütəxəssis fiziki və əqli inkişaf geriliyinin ən ağır forması kretenizmin qarşısını almaq üçün erkən diaqnoz və erkən müalicənin mütləq olduğunu vurğulayıb: "Əgər hamilə qadın öncədən bu səbəbə görə müalicə alıbsa, hamiləlik ərzində davam etdirməli və kəsməməlidir. Bəziləri düşünür ki, hamiləlikdə dərman qəbulu zərərlidir. Qeyd edim ki, bu növ dərmanların dölə heç bir zərəri yoxdur və ən əsası həkim göstərişi ilə qəbul edilməlidir".

Bəs hansı hamilələr daha diqqətli olmalıdırlar?

Endokrinoloq hamilələrdə tiroid (qalxanabənzər vəzi) xəstəliklərinin yaranmasına səbəb olan risk faktorlarını açıqlayıb:

1. Daha öncə qalxanabənzər vəzi əməliyyatı keçirənlər;

2. 1-ci tip şəkərli diabet və digər autoimmun xəstəliyi olanlar;

3. Düşük və ölü doğum hekayəsi olanlar;

4. Anemiya, xolesterini yüksək olan qadınlar daha da ciddi yanaşmalıdır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.