Tanınmış opera ifaçıları Heydər Əliyev Mərkəzində konsert verəcəklər

Tanınmış opera ifaçıları Heydər Əliyev Mərkəzində konsert verəcəklər
07 Apr 2018 12:30


Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun iyunun 1-də Heydər Əliyev Mərkəzində konserti keçiriləcək. 

Mərkəzin mətbuat xidmətindən Realpress.az-a verilən məlumata görə, konsert proqramı klassik musiqisevərlər üçün harmonik və unikal səslər, təkrarsız ifalar dinləmək imkanı yaradacaq.

Y.Melikayeva və A.Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim edəcəklər. Bəzi əsərlər duet şəklində ifa olunacaq. Solistləri Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Y.Melikayeva Rusiya Teatr İncəsənəti Akademiyasını bitirib. Vokal sinfində SSRİ xalq artisti, opera müğənnisi Tamara Sinyavskayanın ilk tələbəsi olub. Müğənninin vokal imkanlarını dəfələrlə onun dərslərində iştirak etmiş dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayev yüksək qiymətləndirib. Y.Melikayeva müxtəlif beynəlxalq müsabiqələrin qalibi olub.

Metso-soprano səs tembrinə sahib müğənni Sergey Raxmaninov, Pyotr Çaykovskinin romanslarını, məşhur operalardan çoxsaylı ariyaları ifa edir: "Çar gəlini"ndə Lyubaşa, "Orlean qızı"nda İoanna, "Yevgeni Onegin"də Olqa, "Karmen"də Karmen, "Orfey və Evridika"da Orfey, "Samson və Dalila"da Dalila və s.

Başqırdıstanın xalq artisti Askar Abdrazakov Ufa Dövlət Konservatoriyasında, daha sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. Hələ tələbəlik illərindən beynəlxalq müsabiqələrdə ardıcılıq qələbələr qazanıb, birinci yer və Qran-Pri mükafatlarına sahib olub. 1995-ci ildə Afinada Mariya Kallas adına müsabiqədə Qran-Pri alan ilk kişi səsi olub.

Dünyanın ən yaxşı səhnələrində, o cümlədən "Bolşoy Teatr" (Moskva,) Mariya teatrı (Sankt-Peterburq), "Metropoliten-opera" (Nyu-York), Vaşinqton operası, "La Skala" (Milan), "Liseo" teatrı (Barselona), "Kolon" teatrı (Buenos-Ayres), "Real" teatrı (Madrid), "Şatle" teatrı (Paris), Bavar Dövlət Operası (Münhen), Berlin Dövlət Operası, Hamburq Dövlət Operasında çıxış edib.

O, səhnədə Plasido Dominqo, Xose Karrera, Mirella Freni, Feruçço Furlanetto, Dmitri Xvorostovski, Anna Netrebko və digər tanınmış opera ifaçıları ilə tərəf müqabili olub.

Müğənni Boris ("Boris Qodunov"), Atilla ("Atilla"), II Filip ("Don Karlos"), Banko ("Maqbet"), Don Kixot ("Don Kixot"), Mefistofel ("Faust") və digər obrazların partiyalarını əhatə edən geniş repertuara malikdir.

Konsertin biletlərini Mərkəzin kassası və saytından almaq olar. 


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.