Lotu Qulinin tərəfdaşı olan "qanuni oğru" Türkiyədə öldürüldü - TƏFƏRRÜAT

Lotu Qulinin tərəfdaşı olan "qanuni oğru" Türkiyədə öldürüldü - TƏFƏRRÜAT
09 Apr 2018 11:52

Realpress.az Yenicag.az.a istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonunda kriminal avtoritetin evinə bir neçə metr məsafədə baş verib. 

 Belə ki, maskalı 2 killer kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadzeyə və oğluna tapança ilə 6 dəfə atəş açaraq hadisə yerindən qaça biliblər. Atəş nəticəsində Giya Kutaiski başından vurulduğu üçün yerindəcə keçinib, oğluna isə ayağından atəş açılıb və o, sağ qalıb.
Məlumat üçün bildirək ki, qətlə yetirilən Giya Kutaiski azərbaycanlı nüfuzlu kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifovun yaxın adamı idi. 
Yanvarın sonunda Qulinin istanbul iqamətgahında təşkil edilən oğru yığıncağını (sxodka) da məhz Giya Kutaiski idarə edib.

İlkin versiyaya görə, Zviadadzenin qətli onun digər qanuni oğru Nodar Rustavski kimi tanınan Nodar Asoyanla olan münaqişəsinin nəticəsidir. Onlar Rostov vilayətinə nəzarət uğrunda savaşırdılar.

Giya Zviadadze kriminal aləmin “köhnə məktəb”inin şagirdi hesab edilirdi. Oğru ənənələrinin ciddi tərəfdarı və öz nəsilinin ən parlaq nümayəndələrindən biri idi.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.