Beyləqanda qadını öldürən şəxsin daha bir ağır cinayəti məlum oldu

Beyləqanda qadını öldürən şəxsin daha bir ağır cinayəti məlum oldu
09 Apr 2018 13:50


Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Realpress.az-a verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib.

K.Məhərrəmovun meyiti eksqumasiya edilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, keçən il K.Məhərromvun yaxınları onun itkin düşməsi barədə polisə məlumat verib. Yaxınları bildirib ki, Kənan Məhərrəmov ruhi xəstə olsa da, özünü idarə edə bilir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.