Əzələlərin şişirdilməsi kişilərdə cinsi zəiflik, böyrəklərdə daş, qaraciyərdə piylənmə yarada bilər

Əzələlərin şişirdilməsi kişilərdə cinsi zəiflik, böyrəklərdə daş, qaraciyərdə piylənmə yarada bilər
09 Apr 2018 15:11

Bu sualın yeganə düzgün cavabı idmanla məşğul olmaq olsa da, bəzən bədənlərini gücləndirmək və əzələlərini möhkəmləndirmək istəyənlər müxtəlif həblərdən, qida əlavələrindən də istifadə edirlər.

İdman qidalarını qəbul etmək olar və ya olmaz, onlar zərərlidirlər yoxsa faydalı?- Bu məsələlər bu gün idman dünyasının ən mübahisəli mövzularından biridir.

Həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend.az-a bildirib ki, bu suala cavab tapmaq üçün, əvvəlcə idman qidalarının nə olduğunu və hansı məqsədlə istifadə edildiyini bilmək lazımdır.

İdman qidalarının fəal idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş qida əlavələri olduğunu deyən Y.Abdiyeva bildirib ki, insan məşq edəndə orqanizm ağır yüklərə məruz qalır, idman qidalarının qəbulu isə orqanizmin qısa müddət ərzində bərpasını təmin edir, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır.

Mütəxəssis əlavə edib ki, idman qidaları təyin olunmuş dozalara riayət edilməklə qəbul olunduqda və yalnız yoxlanılmış keyfiyyətli məhsullardan istifadə edildikdə onların zərəri olmur:

"İdman qidaları ümumillikdə 6 növə bölünürlər. Protein-karbohidrat qarışıqları əzələ kütləsinin artmasını və məşqdən sonra enerjinin bərpasını təmin edir. Amin turşuları əzələ üçün "tikinti materiallar"ıdır. Piyyandırıcı idman qidaları yağların yandırılmasına kömək edir. Vitamin və mineral kompleksləri orqanizmin ümümi tonusunu artırır. Qeynerlər məşq zamanı orqanizmin gücünün və dözümlüyünün artmasına imkan verir. Qeyd etmək lazımdır ki, idman qidaları kimyəvi məhsul deyil, onlar adi qida məhsullarından götürülən və insan orqanizmi üçün zəruri olan bəzi maddələrin əsasında hazırlanan təbii qida əlavələridir. İdman qidaları həzm və ifrazat sisteminə heç bir zərər gətirmir, orqanizmdə tez həzm olunur. Lakin idman qidaları təbii qida əlavələri olaraq, ənənəvi məhsulları və qidaları əvəz etmir, orqanizmi çatışmayan mikro və makroelementlər ilə təmin edərək, sadəcə onları tamamlayır".

Realpress.az



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.