Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir... – YEMƏKLƏRİNİZƏ SƏPİN

Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir... – YEMƏKLƏRİNİZƏ SƏPİN
09 Apr 2018 17:30

Bu ədviyyat yalnız dad vermə xüsusiyyəti ilə deyil, sağlamlığa faydası ilə də bilinir. Ailem.az sumağın çoxsaylı faydalarını diqqətinizə çatdırır.  

- İnfeksion xəstəliklərin qarşısını alır.

- Sumaq bədəndə iltihablanma, artrit, dəri iltihabı, bronxit və bu kimi xəstəliklərin sağaldılmasında istifadə edilir.

- Sumaq mikrob əleyhinə təsirə malikdir.

- Sumaq ürəyi və qaraciyəri qoruyur.

- Ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi olan yüksək xolesterolu aşağı salır.

- Bəzi araşdırmalarda, sumaq bitkisinin anti-kansoregen olduğu ortaya çıxıb.

- Sumaq qadın xəstəliklərini müalicə etmək məqsədi ilə də istifadə olunan bir bitkidir. Sumax ana südünü artırır, menstruasiya dövrünü tənzimləyir.

- İnsan bədənində detoks təsiri yaradır. Zərərli toksinlər və tullantılar zamanla insan bədənində yığıla bilir. Bu zərərli toksinlər müxtəlif sağlıq problemləri meydana gətirə bilər. Sumaq bu tullantıların və toksinlərin bədəndən asan çıxarılmasını asanlaşdırmaq üçün istifadə edilir.

- Sumaq, nəfəs və nəfəs yolları xəstəliklərini müalicə etmək məqsədi ilə istifadə olunur. Sumağın müxtəlif nəfəs yollları xəstəliklərinə fayda verdiyi elmi araşdırmalarla təsdiq olunub.

- Sumağın sidikqovucu xüsusiyyəti var.

- Sumaq bağırsaqlara faydalıdır. Orta Şərq ölkələrində sumaq suyu mədə problemlərini aradan qaldırmaq üçün istifadə olunurdu. Sumağın sahib olduğu büzücü və soyuducu özəlliklər bitkini həzm problemlərinin müalicəsi üçün müalicə edici bir hala gətirir.

- Sumaq qanı təmizləmək və boğaz ağrısını müalicə etmək üçün faydalıdır.

- Sumaq qanda şəkərin səviyyəsini aşağı salır.

- Arıqlamağa kömək edir.

Sumaq necə istifadə olunur?

Sumağı ət yeməklərinə, salatlara, qatığa əlavə etmək olar.

Realpress.az




8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.