Məşhur alimdən növbəti VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."

Məşhur alimdən növbəti VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
10 Apr 2018 10:05

Realpress.az xəbər verir ki, professor iştirak etdiyi seminarda dəniz duzunun faydalarından danışıb. "Həqiqi tibbin 10 şifrəsi" adlı kitabın müəllifi bildirib ki, dəniz duzu sağlamlıq mənbəyidir:

"Əsrlərdən bəri istifadə edilən dəniz duzu faydalıdır, süfrə duzu isə təhlükəlidir".

Canan Karatay daha sonra osteoparoz xəstəliyinin müalicəsində pendirin təsirlərindən danışıb:

"Osteoparoz xəstəliyi olan xanımlara illərlə hormonlar, dərmanlar verilib. Qoyun pendiri hər birinin yerinə keçər. Sümük əriməsinin qarşısını almaq üçün hər kəsə bol-bol qoyun pendiri yeməyi məsləhət görürəm. Qoyun və ya keçi pendiri dəniz duzu ilə hazırlanır və mayalanması təbii olur. İstədiyiniz qədər pendir yeyə bilərsiniz, mən isə ovuc içi qədər deyirəm. Kibrit qutusu qədər demirəm, çünki bu sözlə Türk insanını faydalı qidadan məhrum edirlər. Yağlı olması vacibdir. Bu o deməkdir ki, pendir qoyun və keçi südündən hazırlanıb. Onların yağı zərərsizdir. İşlənməmiş yağlara Omeqa-3, Omeqa-6, Omeqa-9 olmaqla, 30-dan çox yağ növü daxildir. Odur ki, bu pendir ən sağlam protein, yağ və kalsium mənbəyidir".

Professor Karatay pendir yeyən ölkədə sümük əriməsi xəstəliklərinin olmadığını vurğulayaraq bunları əlavə edib:

"Qoyun pendiri sümük əriməsi, diz və oynaq ağrılarının qarşısını alır. Eyni zamanda immunitet sistemini, həzmi gücləndirir. Əgər mədə pozğunluğu varsa, dərman əvəzinə, iki dilim qoyun pendiri yeyin və şişkinlik dərhal keçər". (publika.az)


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.