Quldurluq edən 18 yaşlı gəncə hökm oxundu

Quldurluq edən 18 yaşlı gəncə hökm oxundu
13 Apr 2018 09:09


Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü Seymur Osmanovun Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Realpress.az-ın məlumatına görə, ötən il dekabrın 4-də paytaxt sakini Ülvi Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxsin onun qarşısını kəsib, bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alması barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

Polis əməkdaşlarının çevikliyi sayəsində şübhəli şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq Nərimanov RPİ 16-cı polis bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman, quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum edilən Seymur Osmanov olduğu müəyyənləşib. Onun cinayət yolu ilə əldə etdiyi mobil telefon, həmçinin hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Məhkəmə prosesində S.Osmanov əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını bildirib. Dövlət ittihamçısı ona 7 il 6 ay cəza təyin olunmasını xahiş edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.