Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək
14 Apr 2018 14:57

Realpress.az-ın məlumatına görə, açılış oyunu Gəncə şəhər stadionunda keçiriləcək. Autsayder "Kəpəz" turnir cədvəlinin lideri "Qarabağ"ı qəbul edəcək. Bu, iki komanda arasında 49-cu çempionat matçı olacaq. Əvvəlki 48 görüşdən 25-də Ağdam, 14-də Gəncə təmsilçisi qalib gəlibsə, 9 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu komanda üstündür - 66:54. 

Digər tərəfdən, "Qarabağ" 23 oyundur "Kəpəz"ə uduzmur. Gəncəlilər sonuncu dəfə ağdamlıları 2002-ci ildə 3:0 hesabı ilə yeniblər. Lakin son 3 qarşılaşmada "sarı-göylər" rəqibinə qol vura bilməyib və ardıcıl 6 görüşdə meydanı xalsız tərk edib.

Turun qalan 3 matç isə bazar günü olacaq. "Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşacaq. Komandalar indiyədək yalnız cari mövsümdə üz-üzə gəliblər. Bu matçlarda heç bir kollektiv meydanı qolsuz tərk etməyib. "Qırmızı-qaralar" 2, "göy-qaralar" isə 1 dəfə qalib olublar. Topların nisbəti Roman Qriqorçukun baş məşqçi olduğu komandanın xeyrinədir - 7:4. 

Azərbaycan Kubokunun yarımfinal mərhələsində də üz-üzə gələn "Sumqayıt" və "Keşlə" komandaları bu dəfə XXIII turda qarşılaşacaqlar. Kubok matçında 0:1 hesabı ilə uduzan "Sumqayıt" doğma azarkeşlər önündə rəqibini məğlub etməyə çalışacaq. "Gənclik şəhəri" təmsilçisi son 3 çempionat oyununda paytaxt klubuna uduzmayıb. "Keşlə" isə "Sumqayıt"la oyunlarda ardıcıl 12 görüşdə meydanı qolsuz tərk etməyib. Bu, iki komanda arasında 24-cü çempionat qarşılaşması olacaq. Əvvəlki görüşlərdən 12-də "Keşlə", 4-də "Sumqayıt" qalib gəlibsə, 7 heç-heçə qeydə alınıb. Topların nisbətində də paytaxt təmsilçisi öndədir - 35:20.   

Turun son və mərkəzi oyununda Avropa Liqasına vəsiqə qazanmaq istəyən iki komanda üz-üzə gələcək. "Zirə" evdə "Neftçi" ilə qarşılaşacaq. Flaqman Azərbaycan Premyer Liqasında rəqibini məğlub edə bilməyib. Qəsəbə təmsilçisi isə "Neftçi" ilə doğma meydandakı oyunlarda qələbə qazanıb və qapısından qol buraxmayıb. Əvvəlki 11 görüşdən 8-də "Zirə" qalib gəlibsə, daha 3 matç heç-heçə ilə nəticələnib. Topların nisbəti də "qartallar"ın xeyrinədir - 15:4. 

Azərbaycan Premyer Liqası, XXIII tur

14 aprel (şənbə)

“Kəpəz” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Kərim Ağayev

Gəncə şəhər stadionu, 16:00 (“CBC Sport”/ canlı)

15 aprel (bazar)

“Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Zirə İdman Kompleksinin stadionu, 19:00 (“CBC Sport”/ canlı)

“Sumqayıt” – “Keşlə”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

“Kapital Bank Arena”, 18:00

“Qəbələ” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu, 17:00 (“CBC Sport”/canlı)


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.