“Xiaomi” birləşdirilən oyun pultuna malik smartfon təqdim edib

“Xiaomi” birləşdirilən oyun pultuna malik smartfon təqdim edib
14 Apr 2018 17:07

“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, “Xiaomi Black Shark” smartfonu özünəməxsus dizayna malikdir. Aparat 2160x1080 piksel təsvir ölçülü 5,99 düymlük ekran və “Qualcomm Snapdragon 845” qabaqcıl prosessoru ilə təchiz edilib. Smartfonun əməli yaddaş tutumu 6/8 QB, daxili yaddaşı isə 64/128 QB təşkil edir. Qurğunun əsas kamerasının iki sensoru 12 və 20 meqapiksellik təsvir ölçüsünə malikdir, ön tərəfdə isə selfi üçün 20 meqapiksellik kamera quraşdırılıb.

“Xiaomi”nin oyun smartfonunun özəlliyi aşağı hissədən ona birləşdirilən coystikə malik oyun pultunun mövcud olmasıdır. Bundan başqa, sözügedən aparatda reallaşdırılmış maye soyutma sistemi oyun zamanı smartfonun çox qızmasının qarşısını alacaq. Nəhayət, smartfon yüksək məhsuldarlıq rejimini aktivləşdirən xüsusi düymə ilə təchiz edilib.

“Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyən “Xiaomi Black Shark” qurğusuna qurulmuş akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 161,6x75,4x9,25 mm, çəkisi isə 190 qram təşkil edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.