Murad Arifin acı intiqamı

Murad Arifin acı intiqamı
16 Apr 2018 11:52


“ATV maqazin onlarla” proqramında “Hit parad” rubrikasının budəfəki qonağı müğənni-bəstəkar Murad Arif olub.

Realpress.az xəbər verir ki, o, veriliş zamanı ötən həftələrdə ünvanına sərt sözlər deyən Xatunun cavabını verib. 

Bəstəkar bildirib ki, Xatun ucuz piar arxasınca qaçır:

“Onun mahnısı hit, qlamur, zövqlü, maraqlı, stil deyil. Bu mahnıda potensial görmürəm. “Hit parad”dan çıxmalıdır. İnsanlar bunu istəyirlər. Çıxarıb telefonunda şəkilləri göstərir. Mənim də gözüm yaxşı görmür, ərk edib telefonu aldım və dostyana yaxından baxdım.

Ətrafdakıların diqqətini çəkmək istəyirdi. Mənə elə reaksiya göstərdi, şok oldum. Səhv etdim, üzr istədim. Deyir, məclislərdə rastlaşmıram. İki ay sonra məclislərdən birində görüşdük. Milçəkdən fil edib bunu mediaya çıxarmağa nə hacət var?

Belə başa düşdüm ki, şou-biznesdə bəzi personajlar üçün bu da piarın bir formasıdır. Məni müğənni kimi qəbul etməsin. Bir tək Xatun yox, adını çəkmədiklərimiz hamısı çıxıb xorla desin ki, biz səni qəbul etmirik. Qiymətimi bilirəm, özümü tanıyıram. Xatunu “Hit parad”dan çıxarıram və üstündə də su içirəm”.

Qeyd edək ki, Xatun “Hit parad” rubrikasında olarkən Muradın ünvanına bu sözləri demişdi:

“Murad Arif gözəl bəstəkardır. Onu müğənni kimi qəbul etmirəm. Onu centlmen bilirdim, telefonumda foto göstərdim. Əlimdən telefonu alıb şəxsi şəkillərimə baxmağa başladı. Bu da mənim xətrimə dəydi. Sonra onu verilişə çağırdım, gəlmədi. Heç mən də onun proqramına qonaq kimi getməmişəm”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.