Kibertəhdid və fırıldaqçılığın aşkarlanması üçün servis təqdim olunub

Kibertəhdid və fırıldaqçılığın aşkarlanması üçün servis təqdim olunub
17 Apr 2018 11:39

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, texnologiyanın əsasını identifikasiya və istifadə üçün süni intellekt və kompüter təlimi alqoritmləri təşkil edərək xüsusilə maliyyə təşkilatlarına qarşı yönələn kiberhücumların sayının azalmasına xidmət edir. Sistem real vaxt rejimində bankların, internet mağazaları və xidmət tədarükçülərinin “sıfır günü” zərərli proqramlarından, hesabların ələ keçirilməsindən, fişinq hücumları və botlardan mühafizəsi üçün məlumat analitikasını tətbiq edir.
 
Məlumata görə, “HID Risk Management Solution” risklərin qiymətləndirilməsinə əsaslanan üç müxtəlif tam inteqrasiya olunmuş mexanizmdən ibarətdir: təhlükənin qiymətləndirilməsi mexanizmi, davranış mexanizmi və anomaliyalar mexanizmi.
 
Üç mexanizm vasitəsilə müəyyənləşdirilən risk dərəcəsi barədə məlumat növbəti hərəkətlər haqqında daha əsaslı qərarların qəbuluna imkan verir: tranzaksiyanı təsdiq etmək, bloklamaq və ya rədd etmək. “HID Global” şirkətinin “Identity & Access Management” (IAM) həllində məlumatlar analitikası müştərilər üçün fəaliyyəti optimallaşdırır.
 
Yeni həll istifadəçi identifikatorlarının, tranzaksiyaların, qurğu və hesab məlumatlarının mühafizəsi üçün çoxfaktorlu autentifikasiyanı təmin edən “HID ActivID Authentication Platform” platformasına inteqrasiya olunub.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.