Yerevanda etirazçılar polisləri döydü - YENİLƏNİB + VİDEO

Yerevanda etirazçılar polisləri döydü - YENİLƏNİB + VİDEO
17 Apr 2018 13:34


Yerevanda Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyasında iştirak edən müxalifət tərəfdarları ilə polislər arasında qarşıdurma yaşanıb.
 
Realpress.az-ın erməni mətbuatına istinadən məlumatına görə, etirazda iştirak edən tərəfdarlar polisin qanuni tələblərinə tabe olmayaraq, zor tətbiq ediblər. Daha sonra daş və digər əşyalar ataraq polislərə xəsarət yetiriblər.

12:21

Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib.

Realpress.az “News.am”a istinadən xəbər verir ki, Ermənistan Milli Məclisinin üzvləri saat 12:00-da baş nazir postuna seçimlərin başlaması ilə əlaqədar olaraq parlamentin binasına gəliblər. 

Ermənistanın Respublikaçı Partiyası və Daşnaqsütyun Partiyası baş nazir postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsini təklif ediblər. 

Parlamentə aparan bütün yollarda tikanlı məftillərlə maneələr yaradılıb. Yalnız deputatların girişi üçün kiçik mühafizə olunan keçid saxlanılıb.

12:08

Yerevanda polis etiraz aksiyalarının keçirildiyi Baqramyan prospektini bağlayıb.

Realpress.az-ın News.am-a istinadən məlumatına görə, parlamentin binasına zirehli texnika, o cümlədən tanklar çıxarılıb.

Ərazi tikanlı məftillə mühasirəyə alınıb.


12:06

Etiraz aksiyalarında ictimai asayişin pozulması ilə əlaqədar daha bir neçə şəxs polisə təhvil verilib.

Realpress.az xəbər verir ki, bu haqda "News.am"-a Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Yerevanda polis səhər saatlarından etibarən Tumanyan küçəsində 29 nəfər müxalifət tərəfdarlarını təhlükəsizlik orqanlarına təhvil verib.

11:03

Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyası Yerevanın Fransa Meydanında davam edir.

Realpress.az “News.am”a istinadən xəbər verir ki, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. 

Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. Qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. Yaranmış bir qarşıdurma nəticəsində 40-dan çox adam yaralanıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.