Niyə Bakıda internet yoxa çıxdı?

Niyə Bakıda internet yoxa çıxdı?
17 Apr 2018 15:14


Təxminən 2 saat ərzində Bakının bir neçə rayonlarında internet olmayıb.

Realpress.az xəbər verir ki, internet saat 13:05-də işləməyə başlayıb. 

Yerli provayderlər paytaxtda internet problemi olduğu xəbərini təsdiq etsələr də, bunun səbəbini açıqlamaqdan imtina ediblər.

Azərbaycanın İnternet Forumunun rəhbəri Osman Gündüz internetin yoxa çıxma səbəbini belə izah edib:

“Bakıda “AzerTelecom”-dan internet alan bir neçə provayder var. Problemlər məhz orada baş verib. Yaranmış problem qısa müddət ərzində həll olunub. Məhz bu səbəbdən Bakıda bir neçə rayonda internet olmayıb”.

Azərbaycanın Rabitə və Yüksək texnologiyalar Nazirliyindən saytımıza verilən məlumata görə, hazırda internetin ötürülməsində problem yoxdur. 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.