Dırnaq boyaları qana qarışır, maddələr mübadiləsini zəiflədir

Dırnaq boyaları qana qarışır, maddələr mübadiləsini zəiflədir
18 Apr 2018 09:45

Realpress.az medicina.az-a istinadən bildirir ki, araşdırmaçılar qadınların gözəllik parçası olan dırnaq boyalarının bu vaxta kimi məlum olmayan xüsusiyyətini ortaya çıxarıb.

Amerikalı mütəxəssislərin apardığı son araşdırmalara görə, dırnaq boyası insan sağlamlığı üçün təhlükəlidir.

ABŞ-ın Duke Universitetinin mütəxəssisləri dırnaq boyaları üzərində təcrübələr aparıblar. 3 min dırnaq boyası araşdırılıb. Nəticədə dırnaq boyasının tərkibində trifenil fosfat maddəsi aşkar edilib. Könüllü iştirak edən 24 qadın ilə sınaq aparılıb. 10 saatdan sonra isə iştirakçıların 100 faizinin orqanizmində trifenil fosfat izləri müşahidə edilib. Bu maddə insan bədənindəki hormonları zədələyərək endokrin sisteminin pozulmasına yol açır. Dırnaq boyası çəkdikdən sonra dırnaq yolu ilə qana qarışan bu maddə hormon sistemini pozur. Bu da maddələr mübadiləsini yavaşıdır.

Nəticələrə əsasən dırnaq boyasının orqanizmə mənfi təsirlərini təqdim edirik:

Dərini zədələyir, allergiya yarada bilər.

Endokrin sisteminə zərər verərək vücuddatoksinlərin toplanmasına səbəb olur.

Vücudda bəzi infeksiyaların yaranmasına səbəb olur.

Orqanizmi kimyəvi maddələrlə zəhərləyir.

Həmçinin dırnaq boyasını silmək üçün istifadə edilən asetonların da tərkibində taluen adlı kimyəvi maddə aşkar edilib. Bu isə insan sağlamlığına zərər verir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.