Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək
18 Apr 2018 09:51

Realpress.az report-a istinadən xəbər verir ki, həlledici görüşə vəsiqə qazanacaq kollektivlərin adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. İlk matçlarda qeydə alınan nəticələrə əsasən, "Neftçi" və "Keşlə" üstünlük əldə ediblər. Lakin səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "ağ-qaralar"la müqayisədə, evdə "Sumqayıt"a bir cavabsız qolla qalib gələn bakılıların işi daha çətin olacaq.

"Keşlə" üçün kuboku əldə etmək ikiqat əhəmiyyətlidir. Çünki digər "üçlük"dən fərqli olaraq, Premyer Liqa vasitəsi ilə avrokuboka vəsiqə qazanmaq şansını itirən paytaxt təmsilçisi bütün ümidini ikinci cəbhəyə bağlayıb. Ancaq digər komandalar "Qarabağ"ın mübarizəni dayandırdığı yarışda kuboku götürməyi hədəfləyiblər.

Yarımfinal matçlarını həm də azərbaycanlı və ukraynalı məşqçilərin dueli kimi xarakterizə etmək olar. "Neftçi"yə Tərlan Əhmədov, "Sumqayıt"a Samir Abasov rəhbərlik etdiyi halda, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukdur. "Keşlə" isə "sükanı" Yuri Maksimova həvalə edib. Düzdür, ilk matçda texniki zonadan kənarlaşdırılan Abasov bir oyunluq cəza aldığı üçün Sumqayıtdakı görüşü kənardan izləyəcək. Lakin istənilən halda, komandanı oyuna özü hazırlayacaq və matçın gedişində köməkçilərinə təlimatlarını çatdıracaq.

Qeyd edək ki, final oyunu mayın 28-də keçiriləcək.

Azərbaycan kuboku Yarımfinal, cavab oyunları

18 aprel

17:00. "Sumqayıt" - "Keşlə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun - 0:1

20:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "Bakcell Arena"
İlk oyun - 2:1


25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.