Ayaqlarda ağrıların səbəbləri və ən düzgün müalicəsi

Ayaqlarda ağrıların səbəbləri və ən düzgün müalicəsi
18 Apr 2018 15:27

Ayaqlarda olan ağrıların ilk simptomu ayaqlarda olan yorğunluq, dərinin quruması, pəncədə yanğı, dabanda çatlardır. Təəssüf ki, insanlarımız bu ilkin simptomlara önəm verməyib, yorğunluqdandır deyib keçir və bir neçə ay sonra artıq ciddi ağrılarla üz-üzə qalır.

Realpress.az medicina.az-a istinadən bildirir ki, terapevt Arzu Musayeva ayaq ağrılarının müalicəsi ilə bağlı məsləhətlərini verdi.

" Aşağı ətraflarda arteriyalar kimi iri qan ötürücü damar şəbəkəsində qan dövranının pozulması ilə ayaqların oksigenlə təminatı pozulur, hüceyrələrdə aclıq başlayır. Metobolizm psosesi zamanı ayrılmış maddələr isə venoz damarlar şəbəkəsi ilə lazımi orqanlara ötürülərək təmizlənmə gedir. Arteriyalarda ateroskleroz prosesinin başlaması, damar mənfəzinin tutulması və tıxanması ayaqlarda ağrılar yaradır. Aşağı ətraflarda venaların genişlənməsi gələcəkdə trombozların yaranmasına gətirib çıxaracaq. Gecələr uyuşma, qıcolmalar, ayaqlarda şişkinlik arterial damar şəbəkəsində gedən proseslərdən qaynaqlanır. İnsan gecə yatdıqda horizontal vəziyyətdə olduqda arterial damarlardan qaynaqlanan ağrılar şiddətlənir.

Ayaqdakı ağrıların səbəbi mütləq tapılmalıdır. Ondan sonra Biolotənzimləyici preparatlar, bioloji təbabət üsulları ilə 10-12 seansa aradan qaldırmaq mümkündür. Bu zaman qan dövranını yaxşılaşdıran preparatlar, fizioterapevtik üsullar tətbiq olunur. Ənənəvi təbabətdən fərqli olaraq bizim preparatların  digər orqanlara əks təsiri olmur. Bilirik ki, bu xəstələrə analgetiklər, ağrıkəsicilər, hormonal preparatlar təyin olunur. Uzun müddət qəbul etdikdə o preparatlar daha təsir etmir. Bioloji təbabətdə kiçik dozalarla uzun müddətli müalicə və nəticə əldə etmək mümkündür. Xəstələr ayaqlardakı problemləri ağırlaşdırmadan müraciət etsinlər, xüsusən şəkərli diabet xəstələri ağrı az hiss etdiklərindən onların ayaqlarındakı problemi yalnız həkim görə bilir. Çox xəstələr ölkədə və ölkə xaricində klinikalar gəzdikdən sonra bizə üz tuturlar.



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.