Prezident: İndi heç bir kreditə möhtac deyilik

Prezident: İndi heç bir kreditə möhtac deyilik
18 Apr 2018 15:30


Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər.

Realpress.az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib. 

Dövlət başçısı bildirib ki, əgər sən kimdənsə asılısansa - ya kreditdən, ya da başqa dövlətdən - heç vaxt sözün əsl mənasında müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan: 

“Ona görə də, biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. İndi heç bir kreditə möhtac deyilik. Biz özümüz kreditlər veririk. Dövlət borcumuz Ümumi Daxili Məhsulun 20 faizini təşkil edir. Qarşıma vəzifə qoymuşam ki, dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq”. 

Azərbaycan iqtisadiyyatının son 15 ildə 3,2 dəfə artdığını söyləyən prezident qeyd edib ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur:

“Qeyri-neft ixracatımız 4 dəfədən çox artıb. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Xarici, yerli sərmayələr bundan sonra da qoyulacaq”. 

Prezident İlham Əliyev xatırladıb ki, Davos İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Azərbaycanı 35-ci yerə layiq görüb: 

“İnkişafda olan ölkələr arasında inkişaf indeksinə görə 3-cü yerdəyik. Bu, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da ən az itkilərlə bu böhranlardan çıxa bilmişik. İqtisadi sabitlik, maliyyə sabitliyi həm investisiya iqliminə, həm də biznes mühitinə müsbət təsir göstərir.

Gələcək illərdə biznes mühitinin inkişafı üçün əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadiyyatda tam şəffaflıq təmin edilməlidir. Xoşagəlməz hallara son qoyulmalıdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı təmin olunub. Növbəti illərdə çalışmalıyıq ki, iqtisadiyyatımız dayanıqlı şəkildə inkişaf etsin və neft-qaz amilindən asılılığı azaldaq”. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.