“Lenovo” 2 yeni noutbuk satışa çıxardı

“Lenovo” 2 yeni noutbuk satışa çıxardı
19 Apr 2018 09:04

Realpress.az lent.az-a istinadən xəbər verir ki, "Lenovo Air 2018" və "Lenovo 7000" modelləri şirkətin Çin bölməsi tərəfindən buraxılır və cihazları hazırda yalnız "JD.com" saytı vasitəsilə əldə etmək olar.

"Lenovo Air 2018" metal korpusa malik olsa da, çəkisi cəmi 1,95 kiloqramdır. Ekran 15,6 ölçüdədir, "Intel Core i7" və "Core i5" prosessorları və "NVIDIA GeForce MX150" qrafik prosessoru ilə təchiz olunub. Noutbuk 8 Gb operativ yaddaşa sahibdir, disk 256 Gb-dir. Barmaq izi skaneri də var.

Cihazın "Core i5" versiyasının Çin bazarında qiyməti 925 dollar, "i7" versiyası isə 1115 dollardır.

"Lenovo 7000" noutbuku da metal korpusa malikdir, lakin üç tərəfdən çərçivəsizdir. Displey 14 düym, sərt disk 2 terabaytdır, "AMD Radeon 535" videokartı var. Bu cihaz da "Core i7" və "Core i5" versiyalarına sahibdir və 8 Gb operativ yaddaşa sahibdir.

"Lenovo 7000" notubuku "Lenovo Air 2018"dən çox az ucuzdur.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.