Bakıda inanılmaz hadisə: Yasda Allahı və peyğəmbəri söydü, qan töküldü - TƏFƏRRÜAT

Bakıda inanılmaz hadisə: Yasda Allahı və peyğəmbəri söydü, qan töküldü - TƏFƏRRÜAT
19 Apr 2018 09:52

Realpress.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Daha sonra çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazır olmadığını, çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Hakim prokurora çıxış etmək üçün vaxt verib. Növbəti proses aprelin 24-də davam edəcək.

İttihama görə, ötən ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib.
Mübahisəyə səbəb isə mərhumun Allahı və peyğəmbəri söyməsi olub.

Belə ki, Elşən Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Vüqar Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib. Elşən Məmmədov oğlunun ölməsinə görə Allahı və peyğəmbəri günahkar bilib və nalayiq ifadələr işlədib.
Daha sonra Vüqar Həsənov dostuna etiraz edib.

Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Onlar mübahisərini yas mərasimindən kənarda etməyə başlayıblar.
Mübahisə qanlı sonluqla nəticələnib. Onlar əvvəl bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.