Yaz depressiyası nədir və ondan necə qurtulmalı?

Yaz depressiyası nədir və ondan necə qurtulmalı?
19 Apr 2018 11:29

Depressiyaya səbəb kimi günəş şüalarının təsirindən orqanizmdə yaranan melatonin hormunu miqdarında olan dəyişikliyi göstərilir. Hansı ki, bu hormon insanın əhval-ruhiyyəsini tənzimləyir. Digər hormon isə "xöşbəxtlik hormonu" adlandırılıan serotonin maddəsidir ki, mövsüm depressiyalarında bu hormonun rolu mövcuddur. Belə ki, yaz mövsümündə  insanın beynində serotoninin miqdarında azalma baş verir və bu da insanda depressiya yaradır.

Digər psixoloji səbəb isə adaptasiya ilə bağlı olduğu bildirilir. Yazda bəzi insanlarda belə bir hiss yaranır ki, onlar sanki yeni bir dövrə başlaya bilməyəcək, hər şeyin sonudur və bundan sonra nə edəcəklərini bilmirlər. Bu cür vəziyyətin bioritmlərdən asılı olduğu, məhz bioritmlərin təsirindən fəsillər əhvalımıza fərqli təsir etdiyi bildirilir. Fəsillər dəyişəndə insanın əhvalı, emossional fonu da dəyişir. Bu dəyişikliklər orqanizmdə müəyyən hormonların kəskin dəyişməsi ilə bağlıdır. Xüsusilə də fəsillərin növbələşməsi ilə əlaqədar hormonların kəskin dəyişməsi qadınlarda daha çox müşahidə olunur.

Bəs yaz depressiyasından necə qurtulmaq olar? Realpress.az bildirir ki, mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov "Yeni Müsavat"a danışdı: "Mövsüm dəyişməsi ilə bağlı olaraq həssas insanlarda əhval pozğunluqları ola bilər. Yəni, həm yaxşı, həm də pis əhval yaranır. Məsələ burasındadır ki, bu cür dəyişikliklər daha çox payız və yaz aylarına təsadüf edir. Bu psixologiyadan daha çox əziyyət çəkən, narahat olan insanlarda daha çox özünü büruzə verir. Daha çox metrohəssas insanlarda fəslin dəyişməsi əhvalın dəyişməsinə səbəb olur. Elə insanlar var ki, yaz-payız depressiyalarında əhvalları daha çox neqativə yönlənir".

Psixoloq qeyd edib ki, əgər yaz depressiyası 3-5 gündən artıq davam edərsə, mütləq şəkildə tədbir görmək lazımdır: "Əgər bu hal 3-5 gündən sonra çəkilib gedirsə, bundan narahat olmaq olmaz. Yox əgər xroniki hal alırsa, həftələrlə davam edirsə, tutaq ki, əli heç bir işə qalxmırsa, bütün günü evdə qapanıb qalırsa, ətrafı ilə ünsiyyət qurmur, telefonlara cavab vermirsə və digər bu kimi hallar müşahidə olunursa, deməli, bu, siqnal kimi dəyərləndirilməli, aradan qaldırmağa çalışmaq lazımdır. Bunun üçün insan özü konkret addımlar atmalıdır. Özü bu durumdan çıxa bilmirsə, yaxşı olardı ki, mütəxəssisə müraciət etsin. Düşünürəm ki, insan özü burda daha çox çalışmalı, açıq havada daha çox vaxt keçirməli, sevdikləri, doğmaları ilə daha çox zaman keçirməlidir. Belə olan halda insan depressiyaya düşmür, düşsə bu halda tezliklə qurtula biləcək".

Elnur Rüstəmov depressiyanın fəsadlarından da söz açdı: "Bizi narahat edən əsas məsələ depressiyanın yaratdığı sonrakı fəsadlardır. Bu həm fərdin ətrafı ilə ünsiyyətinə təsir göstərir, həm də bəzi psixoloji xəstəliklərin yaranmasına rəvac verir. Məlum olduğu kimi, depressiya bir xəstəlikdir və nəzəriyyədə də xəstəlik kimi qəbul olunub. Bir çox bədbəxt hadisələr var, hansı ki, biz onlara tez-tez mətbuatda rast gəlirik, onların əksəriyyəti depressiyadan əziyyət çəkən insanlardadır. Onlar sonradan öz durumlarını çıxılmaz bir vəziyyət kimi qəbul edir, həyatın sonu kimi dəyərləndirir və xoşagəlməz addımlar atırlar. Onu da qeyd etmək istəyirəm ki, bir çox fiziki xəstəliklərin yaranmasında depressiyanın özü çox böyük rol oynayır. Bu gün stressdən, depressiyadan dolayı bir çox xəstəliklərin kökündə həmin psixi pozğunluqların təsirini görürük. Buna görə də mütləq şəkildə tədbir görmək lazımdır.

İmkan vermək olmaz ki, bu cür neqativlər insanın şüuraltında möhkəmlənsin. Çünki sonradan insan yenidən bəhanə axtaracaq ki, depressiyaya düşsün. Beləliklə, fərddə həyata neqativ baxışlarla baxır. Yaxşı olaylar olanda onu keçici, pis olay olanda isə onu davamı kimi qəbul edir. Nəticədə düşüncə tamamilə mənfi tərəfə inkişaf etməyə başlayır. Bu gün cəmiyyətimizdə bu cür insanlarla tez-tez rastlaşırıq. Yəni, görürük ki, sağlamlığı, hər şeyi yerindədir, amma həyata pozitiv baxa bilmir, hər şeydən narazıdır, daim özünə qapanır. Bu da zaman keçdikcə problemlərə yol açır. Belə bir deyim var ki, gözəl düşünən, gözəl də görər. Problem insan üçündür. Yəni, harada insan varsa, orada problem var. Lakin  problemə baxış tərzi - bu, artıq fərdin özündən asılıdır".

Ümumiyyətlə isə araşdırmalara görə, dünya əhalisinin 110 milyon nəfərdən çoxu depressiyadan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə isə, real rəqəm bundan 3 dəfə çoxdur. Hesablamalar göstərir ki, ümumi profilli klinikalara müraciət edənlərin 40 faizə qədəri depressiyalı xəstələrdir. Onların isə cəmi 10-15 faizinə düzgün diaqnoz qoyulur. Depressiyadan əziyyət çəkən insanların, demək olar, yarısı isə həkimə müraciət etmir. Məhz bu səbəbdən fəsadlaşmış, xroniki hala keçmiş, somatik formalarda üzə çıxan depressiyalar hər gün artmaqdadır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.