Xalq artisti övladları ilə film çəkdi – FOTO + VİDEO

Xalq artisti övladları ilə film çəkdi – FOTO + VİDEO
19 Apr 2018 14:15


Ötən gün Xalq artisti Azər Zeynalovun prodüserliyini etdiyi “Qaranlıq” adlı filmin təqdimat mərasimi keçirilib.

Realpress.az xəbər verir ki, dram-dedektiv janrında çəkilən filmin rejissoru, bəstəkarı və ssenari müəllifi Kənan Zeynalov, operatoru və montajçısı İsmayıl Zeynalovdur.

Türkiyədə təhsil alan iki gəncin debüt işində ataları, Xalq artisti Azər Zeynalov onlara dəstək olub.

Ekran işində Azərbaycanın Xalq artisti Ramiz Məlik, Əməkdar artist Gülşad Baxşıyeva, Murad İsmayıl, Faiq Mirzəyev, Əzizağa Əzizov və Nərmin Hüseynova çəkiliblər.

Rejissorun sözlərinə görə, filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanıb və ötən il yekunlaşıb.

“Film hər hansı bir sponsorun köməyi olmadan ərsəyə gəlib. Baş rolu Lalə Hüseynzadə oynayıb. Lalə peşəkar olmayan bir aktrisa idi, amma bu rolu rejissor və ssenarist kimi ona həvalə etdim”, - deyə K. Zeynalov bildirib.

Ekran əsərinin büdcəsi açıqlanmasa da, maliyyə xərclərinin çox az olduğu diqqətdən yayınmayıb.

Filmin kadrarxasında isə beş nəfərlik heyət çalışıb. 

Ekran işində baş rolu canlandıran aktyor Murad İsmayıl isə yeni işbirliyindən məmnunluq duyduğunu bildirib.

Qala gecəsində bir sıra sənət nümayəndələri iştirak etsə də, tanınmışların sayı az olub.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.