Azərbaycan Pakistandan döyüş təyyarələri alır

Azərbaycan Pakistandan döyüş təyyarələri alır
19 Apr 2018 14:50


JF-17 “Thunder” döyüş təyyarələrinin alqı-satqısına dair Azərbaycan və Pakistan arasında müqavilə 2019-cu ildə bağlana bilər.

realpress.az-ın AzeriDefence nəşrinə istinadən xəbərinə görə, bu barədə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən DSA-2018 beynəlxalq müdafiə sərgisində iştirak edən “AzeriDefence”nin əməkdaşına sərgidə iştirak edən Pakistan Aeronautical Complex (PAC) şirkətinin stendindən məlumat verilib.

Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycanın yaxından maraqlandığı Block III konfiqurasiyası artıq hazırlanıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqlarına başlanacaq. JF-17 Block III konfiqurasiyasının seriyalı istehsalı da 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərinə nəzərdə tutulur.

PAC rəsmilərinin sözlərinə görə, təyyarənin Azərbaycana satışına mane ola biləcək texniki məsələlər çözülüb. Ehtimalla bu ilin sonlarına doğru təyyarənin Azərbaycan və digər bir neçə ölkədən olan müştərilərə təqdimatının keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfi də maliyyələşmə ilə bağlı problemləri həll etməyə çalışır.

PAC nümayəndələri ilin sonuna qədər Azərbaycanın sifariş verdiyi “Super Muşşak” (Super Mushshak) təlim təyyarəsinin hamısının təhvil veriləcəyini bildiriblər.

Hazırda həmin təyyarələr istehsal edilib və zavod mütəxəssislərinin nəzarəti altında ilkin sınaqları keçirilir.

Qeyd edək ki, Azərbaycan HHQ ilə PAC arasında 10 ədəd “Super Muşşak” təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayında imzalanıb.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.