“Uşağa banka qoymaq qətiyyən olmaz” – VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

“Uşağa banka qoymaq qətiyyən olmaz” – VALİDEYNLƏRƏ ÇAĞIRIŞ
20 Apr 2018 10:01

Realpress.az lent.az-a istinadən xəbər verir ki, bəs görəsən banka qoymaq həqiqətənmi faydalıdır? Azyaşlı uşaqlara banka qoymaq məqbuldurmu? Kimlərə banka qoymaq qətiyyən olmaz?

Müasir tibb bankanı qəbul etmir

Həkim-pediatr Vaqif Qarayev deyir ki, müasir tibb banka və ya xardal kağızı qoymağı qəbul etmir: "Amma adət belədir ki, adi burun tutulmasında da, bel ağrısında da, topuğu ağrıyanda da banka qoyulur. Burada psixoloji inanmaq var. Əslində banka da, xardal da xalq təbabətinə aid olan bir şeydir".

Mütəxəssis banka qoymağın tibbi izahını verərək bildirir ki, banka qoyanda yerli qan dövranı yaxşılaşır: "Banka dərini qıcıqlandırır və qan dövranını yaxşılaşdırır. Buna görə də əzələ, sinir ağrılarına kömək edə bilər. Amma bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq bir qüvvəyə malik deyil. Sadəcə dəriyə yüngül təsir edir. Amma ondan aşağıdakı nahiyələrə yox. O mənada tibdə təsdiq olunan fikir odur ki, bankadan da, xardaldan da istifadə etmək düzgün deyil. Amma bizdə hələ də bu vasitələrdən istifadə edirlər. Bu məsələdə məni ən çox narahat edən gənclərin bu xardala, bankaya meylli olmasıdır. Bu, qəbulolunmazdır. Bəzən baxırsan ki, boynundan büzdümünə qədər banka qoydurur. Tutaq ki, soyuqdəymə varsa, onu niyə bel nahiyəsinə qoyursan? Yaşlı nəsil də gəncləri banka qoymağa daha çox məcbur edir".

2 yaşdan aşağı uşaqlara banka qoymaq olmaz

Həkim xəbərdarlıq edir ki, uşaqlara banka qoymaq qətiyyən olmaz: "Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı nə banka olar, nə də xardal. Bu, vəziyyəti daha da ağırlaşdıracaq. 2 yaşından aşağı uşaqlara isə ümumiyyətlə, banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır. Özünümüalicə üçün banka və xardaldan istifadə etmək istəyənlər bu olmazlara mütləq diqqət yetirməlidirlər. Çünki bu olmazlara baxmadan banka qoymaq uşaqlarda vəziyyətin pisləşməsinə, narahatlığa səbəb olur. Böyüklərdə isə ürəyində problem olan, qan təzyiqi yüksək insanlara banka qoymaq olmaz. Çünki vəziyyəti ağırlaşdıracaq".

Çirklənmiş qan anlayışı yoxdur

Banka qoyulduqdan sonra onun yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən həkim bunu belə izah edir: "Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə çirklənmiş qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Bu üsul əsasən Türkiyədə xalq arasında çox populyardır. Amma təbabət bunu da qəbul etmir. Çünki onun heç bir tibbi izahı yoxdur".

Dərini zədələməsinlər, yandırmasınlar...

Banka qoyarkən hansısa bölgələrin daha çox qaralması bankanın düzgün qoyulmamasının göstəricisidir deyə V. Qarayev məlumat verir: "Yəni bankanın düzgün qoyulmasının da çox böyük əhəmiyyəti var. Mən deyirəm, banka olmaz, qadağandır.  Amma buna baxmayaraq, banka qoydurmaq istəyənlər bilsinlər ki, düzgün qoymaq lazımdır. Dərini zədələməsinlər, yandırmasınlar və sair. Bir də, uşaqlardakı olmazlarla böyüklərdəki olmazları nəzərə alsınlar. Yoxsa xeyrindən çox ziyanı olacaq. Bütün bunlara baxmayaraq, bir daha deyirəm ki, böyüklər özləri bilərlər, amma uşaqlara banka qoymaq qətiyyən olmaz".


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.