Amaliya Pənahova fotosu haqda: İşığı düz tutmayıblar – VİDEO

Amaliya Pənahova fotosu haqda: İşığı düz tutmayıblar – VİDEO
20 Apr 2018 10:08


Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova ATV kanalında yayımlanan “Bizimləsən” proqramına telefonla bağlanaraq müzakirələrə səbəb olan fotosundan danışıb. 

Realpress.az xəbər verir ki, məşhur aktrisa açıqlama verərək fotosunun düzgün çəkilmədiyini deyib:

“Onlar şəklimi çəkmək istəyəndə təhrifə yol veriblər. Dünən başqa foto da çəkilmişdi. İndi mənim telefonumdadır. O fotonu göndərə bilərəm. Sadəcə olaraq, bunu edənlər məxsusi olaraq işığı düz tutmurlar, təsadüfən çəkirlər. 

Biri əlini kürəyinə qoyub şəkil çəkdi. Elə foto necə alınmalıdır? Mən də qalmaqal yaratmaq istəmirəm. Onlara nə deməliyəm? Bu, birinci hərəkət deyil. Məni təkləyiblər. Görünür, aidiyyəti orqanlara müraciət etməliyəm”.

Daha sonra aktrisa Zaurun “Yenidən plastik əməliyyat olunmusunuz” sualına “Yox, mənim başım başqa məsələlərə qarışıqdır”, - deyə cavab verib.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.